top
Osimhen: Napolidə mənə it kimi davranırdılar, bu münasibəti qəbul edə bilməzdim Idman.biz
18 fevral 2026, 14:25
- ↺ +

Osimhen: "Napoli"də mənə it kimi davranırdılar, bu münasibəti qəbul edə bilməzdim

Türkiyənin "Qalatasaray" klubunda çıxış edən 27 yaşlı Viktor Osimhen vaxtilə "Napoli"də ona qarşı münasibətin dəyişdiyini və klubun ona "it kimi davrandığını" söyləyib.

İdman.Biz xəbər verir ki, nigeriyalı hücumçu 2023-cü ildə A Seriyasında çempionluğa böyük töhfə versə də, həmin ilin sentyabrında sosial şəbəkədə yayılan qalmaqallı video münasibətlərin qırılma nöqtəsi olub. "Napoli"nin rəsmi TikTok hesabında Osimhenin qaçırdığı penalti ilə bağlı paylaşım geniş tənqid olunmuş, futbolçu bunu irqçi məzmunlu və alçaldıcı hesab etmişdi.

Osimhen "Gazzetta dello Sport"a açıqlamasında bildirib ki, həmin hadisədən sonra klubda qalmaq istəməyib. Onun sözlərinə görə, "Yuventus" onu heyətinə qatmaq üçün maraq göstərib və keçmiş idman direktoru Ciuntoli transfer üçün əlaqə saxlayıb. Lakin "Napoli"nin prezidenti Aurelio De Laurentisin onu buraxmaq istəmədiyini bildiyi üçün keçid baş tutmayıb.

Hücumçu xüsusilə sosial mediada yayılan videodan sonra münasibətlərin dəyişdiyini vurğulayıb.

Osimhen qeyd edib ki, penalti qaçırmaq hər futbolçunun başına gələ bilər, lakin klubun onu açıq şəkildə məsxərəyə qoyması qəbulolunmaz idi. O, irqçi eyhamlara məruz qaldığını və bundan sonra ayrılmaq qərarı verdiyini bildirib. Futbolçu həmçinin "Instagram" hesabından "Napoli" forması ilə olan fotolarını sildiyini, bundan sonra isə bəzi şəxslərin azarkeşləri ona qarşı qızışdırdığını deyib.

O, klub rəhbərliyinin ictimai şəkildə üzr istəmədiyini də vurğulayıb. Yalnız Edoardo De Laurentisin onunla əlaqə saxladığını bildirib.

Osimhen 2023-cü ilin dekabrında müqaviləsini uzatsa da, bunun yalnız transfer dəyərini qorumaq məqsədi daşıdığını açıqlayıb. Onun sözlərinə görə, növbəti yay ayrılmaq barədə "centlmen razılaşması" olub, lakin bu öhdəliyə tam əməl edilməyib.

"Məni ora-bura göndərməyə çalışırdılar, mənə it kimi davranırdılar. Karyeramı qurmaq üçün çox çalışmışam və belə münasibəti qəbul edə bilməzdim. Mən kukla deyiləm", - deyə Osimhen söyləyib.

Baş məşqçi Antonio Konte isə onu komandada saxlamağa çalışsa da, futbolçu qərarını dəyişməyib. Osimhen qeyd edib ki, Konte onun qalmasını istədiyini açıq şəkildə deyib, lakin o, xoşbəxt olmadığı mühitdə qalmaq istəməyib.

Beləliklə, 2022/23 mövsümündə bütün turnirlərdə 31 qol vuraraq A Seriyasının bombardiri olan Osimhenlə "Napoli" arasındakı münasibətlər qalmaqallı şəkildə başa çatıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 12:50

Dünya Güləş Birliyinin Dakar yarışlarında Azərbaycanlı güləşçilər qızıl medal qazanıb

Futbol
Bu gün, 12:30

Şirvan – Marafon qarşılaşması II Liqada

Futbol
Bu gün, 12:30

Kozo Taşima FIFA prezidenti olmaq üçün namizədlik açıb, İnfantinoya rəqib olacaq

Basketbol
Bu gün, 12:15

Polina Şukina Azərbaycan Milli Basketbol Komandasından “Basketball Without Borders” proqramına qatılacaq

Futbol
Bu gün, 12:15

Biləsuvar 7:1 qələbə ilə AFFA Region Liqasının yeni mövsümünü başladı

Futbol
Bu gün, 12:01

Höness Musiala'nın əvvəlki səviyyəsinə qayıtması şübhəlidir

Futbol
Bu gün, 12:00

Sultanov: Müdafiə səhvləri məşqçilərin öhdəliyindədir

Futbol
Bu gün, 11:46

Azərbaycan İkinci Liqasında 10-cu turun 9 noyabrda üç qarşılaşma

Şahmat
Bu gün, 11:31

Vüqar Rəsulov II Beynəlxalq Prezident Kubokunda 60 min dollarlıq mükafat fondu ilə yarışacaq

Voleybol
Bu gün, 11:04

Maritsa Tovuzda Turanla cavab oyunu üçün yollandı

Qarabağ FK
Bu gün, 11:00

XI turun yekunu: Qarabağda sürpriz məğlubiyyət, Neftçi liderlikdə, Sabah və Turan Tovuz bərabərliklə zirvəyə yaxınlaşıb

Futbol
Bu gün, 10:57

Şəhidin anası Qubada Vətən Naminə futbol klubunu təsis etdi

Qarabağ FK
Bu gün, 10:30

Şamaxı 200-dən artıq heç-heçəni qeyd edib – Azərbaycan çempionatının 3‑cü komandası

Futbol
Bu gün, 10:20

Manchester United 73‑illik antirekordu təkrarladı

Futbol
Bu gün, 10:11

Messi'nin Florida həyat tərzi: Fort Lauderdale'də 10,75M dollarlıq villa və ailə həyatı

Futbol
Bu gün, 10:06

40 yaşlı Vozinya Çili çempionatında həlledici seyvi ilə qalib gəldi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi – Kəpəz” matçı turun ən çox izlənən qarşılaşması oldu

Digər
Bu gün, 09:46

İkiqat Olimpiya çempionu evindəki yanğın nəticəsində yanıq xəsarətləri aldı

Futbol
Bu gün, 09:40

Ronald Arauxo hələ gələcəyinə qərar vermədi

Futbol
Bu gün, 09:33

Mançester Yunayted, 2027 yay transferi üçün Murilloni araşdırır

Futbol
Bu gün, 09:33

Şamaxı futbolçusu Uğur Cahangirov müdafiə problemlərini vurğuladı

Minifutbol
Bu gün, 09:20

İspaniya "Futsal Finalissima" turnirində Braziliyanı 3:0 məğlub edərək qalib gəldi

Futbol
Bu gün, 09:00

Pyer Saj bu mövsümdə Premyer Liqada istefaya göndərilən ilk baş məşqçi ola bilər

Futbol
Bu gün, 08:40

Manuel Noyer ən azı ilin sonuna qədər meydandan uzaq qalacaq

Oxşar xəbərlər