"Osasuna" La Liqanın 8-ci turunda evdə "Xetafe"ni 2:1 hesabı ilə məğlub edib.
İdman.biz-in məlumatına görə, qonaqlar 23-cü dəqiqədə Borxa Mayoralın qapısından keçərək hesabı açıb.
Lakin fasiləyə az qalmış meydan sahiblərinin müdafiəçisi Abel Bretones hesabı bərabərləşdirib (45+3). 90-cı dəqiqədə Alehandro Katena həlledici qolu vuraraq "Osasuna"ya qələbə qazandırıb.
Bu oyundan sonra "Xetafe" 11 xalla 8-ci, "Osasuna" isə 10 xalla turnir cədvəlində 11-ci pilləyə yüksəlib.