İspaniya La Liqasının 25-ci tur matçından əvvəl "Osasuna" azarkeşləri "Real Madrid"in hücumçusu Vinisius Junioru fitə basıblar.
İdman.Biz bu barədə COPE-yə istinadən məlumat verir.
Madrid klubunun oyunçularını daşıyan avtobus "El Sadar" stadionuna çatanda və braziliyalı hücumçu meydandan çıxanda yaxınlıqdakı "Osasuna" azarkeşləri narazılıq əlaməti olaraq fit çalmağa və uğuldamağa başlayıblar.
Vinisius start heyətində çıxıb. Azarkeşlərin fitə basması oyun ərzində braziliyalı topu qəbul edərkən də davam edib.
Daha əvvəl media Çempionlar Liqasının pley-offunun birinci tur matçında bir oyunçuya qarşı irqi məzmunda təhqiramiz hadisə ilə bağlı məlumat vermişdi.