top
Orxan Lokurlu: Qarabağdan sonra Azərbaycan futboluna maraq artıb, Qurban Qurbanov Avropada işləyə bilər - MÜSAHİBƏ Idman.biz
26 fevral 2026, 10:32
- ↺ +

Orxan Lokurlu: "Qarabağ"dan sonra Azərbaycan futboluna maraq artıb, Qurban Qurbanov Avropada işləyə bilər" - MÜSAHİBƏ

"Son illərdə xüsusilə "Qarabağ"ın avrokuboklardakı sabit performansından sonra Azərbaycan futboluna maraq artıb".

Bunu Türkiyəli futbol meneceri Orhan Lokurlu futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Bildiyimiz qədərilə, qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyevanın Almaniyanın "Hamburq" klubuna transferi sizin vasitənizlə baş tutub. Bu keçid necə alındı? Nigarla maraqlanan başqa klublar da var idi?

– Bəli, mən qadın futbolunu yaxından izləyən bir menecerəm. Nigarı iki il ərzində, xüsusilə "Zenit"də oynadığı dövrdən etibarən birbaşa izlədim. Yalnız oyunlarını yox, inkişafını, xarakterini, əqli gücünü və peşəkarlığını analiz etdim. Bu transfer bir gündə baş tutmadı. İki il düzgün zamanı gözlədim. Çünki məqsədim sıradan bir transfer deyildi – hədəfim onu Avropanın ən yaxşı liqalarından birinə aparmaq idi. Bu gün Nigar Avropanın ən güclü futbol ölkələrindən birində, köklü və böyük klub olan "Hamburq"da çıxış edir. Bu, təsadüf deyil, planlama, səbir və düzgün strategiyanın nəticəsidir. Bəli, Nigara maraq göstərən başqa klublar da oldu. Amma biz ən doğru layihəni seçdik.

– Nigar Mirzəliyeva "Hamburq"da özünü yaxşı tərəfdən göstərsə, daha böyük kluba transfer olmaq şansı varmı?

– Əlbəttə, var. Nigarın fiziki potensialı, oyun zəkası və əqli dözümlülüyü yüksək səviyyəyə uyğundur. Əgər Almaniyada sabit performans göstərsə, daha böyük liqalardan təklif gəlməsi təəccüblü olmaz. Amma biz tələsmirik. Əvvəl burada güclü bir baza quracaq, sonra növbəti addımı müzakirə edəcəyik.

– Ümumi olaraq Azərbaycan futboluna xaricdə maraq hansı səviyyədədir?

– Son illərdə xüsusilə "Qarabağ"ın avrokuboklardakı sabit performansından sonra Azərbaycan futboluna maraq artıb. Avropadakı skaut qrupları artıq liqanı daha diqqətlə izləyirlər. Amma açıq demək lazımdır: Azərbaycan 10 milyon əhalisi olan bir ölkədir və bu, böyük potensial deməkdir. Əgər Avropaya müntəzəm futbolçu yetişdirmək istəyiriksə, standartlarımızı və şərtlərimizi dəyişməliyik. Futbolçunu Azərbaycan standartına görə yox, Avropa standartına görə necə yetişdirə bilərik – əsas məsələ bu olmalıdır. Bu proses aşağı yaş qruplarında başlayır. 8-10 yaşdan etibarən uşaqlara Avropa intizamı və mentaliteti, peşəkarlıq anlayışı və oyun xarakteri qazandırılmalıdır. Bu, mədəniyyətimizi dəyişmək demək deyil, idmanın tələbidir. Avropada uğurlu olan ölkələr bizdən nəyi daha yaxşı edir? Bunu araşdırmalı və tətbiq etməliyik.

Müəyyən addımlar atmaq lazımdır. Məsələn, Azərbaycan Premyer Liqasında gənc oyunçulara daha çox şans verilməlidir. İlk "11-lik"də 18-21 yaş arası ən az 2-3 oyunçunun oynadılması kimi tədbirlər ciddi fərq yarada bilər. Bundan əlavə, federasiyanın dövlətlə birgə hərəkət etməsi çox vacibdir. Televiziya gəlirlərindən gənc oyunçu oynadan klublara əlavə mükafat verilməlidir. Neçə daha çox yerli və gənc futbolçu oynadan klub varsa, o klub həvəsləndirilməlidir. Bu həm idman, həm də iqtisadi motivasiya yaradır. Əlbəttə, bu layihələr maliyyə dəstəyi olmadan mümkün deyil. Azərbaycan güclü dövlətdir. İdman nazirliyi ilə federasiyanın ortaq, uzunmüddətli və konkret təşviq planları hazırlaması lazımdır. Klublar dəstəklənməlidir ki, gənc yetişdirmə modeli davamlı olsun. Düşünməli olduğumuz sual belə olmalıdır: "Manchester Yunayted"də forma geyinə bilmək üçün azərbaycanlı futbolçuda hansı xüsusiyyətlər olmalıdır? Fiziki güc, temp, taktiki zəka, intizam, əqli dözümlülük – planlarımızı bunların üzərində qurmalıyıq. Əgər sistem bu vizyonla qurulsa və gənc oyunçu oynadan klublar buna görə mükafatlandırılsa, həm klublar iqtisadi cəhətdən güclənər, həm də Azərbaycan futbolu Avropaya müntəzəm oyunçu ixrac edən ölkəyə çevrilər.

Mən 25 ildir bu işin içindəyəm. Avropadakı sistemləri yaxından bilirəm. Məqsədim tənqid etmək deyil, inkişaf etdirməkdir. Potensial var, amma düzgün planlama və cəsur qərarlarla daha çox irəli getmək mümkündür.

– "Qarabağ"ın avrokuboklardakı illərdir davam edən uğurlu çıxışına rəğmən, azərbaycanlı futbolçuların Avropa klublarına kütləvi transferini müşahidə etmirik. Bunun səbəbini nədə görürsünüz?

– Klub uğuru ilə fərdi transfer həmişə paralel getmir. Bunun səbəbləri arasında gənc yaşda Avropa təcrübəsinin olmaması, adaptasiya prosesi, karyera planlamasının strateji aparılmaması və Avropa klublarının risk analizləri var. Avropa klubları artıq yalnız istedada deyil, hazır oyunçuya investisiya edirlər.

– Hazırda Azərbaycan çempionatında oynayan yerli futbolçulardan kimlərin Avropada oynaya biləcək səviyyədə olduğunu düşünürsünüz? Kişi futbolçulardan Avropaya aparmaq istədikləriniz varmı?

– Avropa tempinə uyğunlaşa biləcək bir neçə azərbaycanlı oyunçu olduğunu düşünürəm. Fiziki gücü olan, taktiki intizama sahib və əqli olaraq hazır futbolçular Avropada oynaya bilərlər. Amma xüsusilə vurğulamaq istəyirəm: Azərbaycandan Avropaya baş verəcək ilk böyük transfer bir futbolçu deyil, baş məşqçi ola bilər. Bu baxımdan ən hazır ad Qurban Qurbanovdur. Uzun illərdir "Qarabağ" ilə avrokuboklarda sabit performans göstərir. Təşkilatçılıq bacarığı, oyun planı və beynəlxalq təcrübəsi ilə Avropada rahatlıqla işləyə biləcək səviyyədədir. Düzgün təklif gəldikdə Avropada işləməsi məni təəccübləndirməz.

– Xarici futbolçuların Azərbaycan klublarına transferi ilə də məşğul olursunuz? İndiyədək belə bir təcrübəniz olubmu?

– Bəli, bu mövzuda əlaqələrimiz oldu. Azərbaycan klubları ilə görüşlər keçirdik. Amma prinsipim belədir: yalnız transfer üçün deyil, kluba real töhfə verəcək layihələr üçün çalışıram. Uzunmüddətli plan olmayan yerə oyunçu aparmaram.

– Almaniyanın İkinci Bundesliqasında çıxış edən azərbaycanlı futbolçu Mahir Emreli haqqında nə düşünürsünüz? Hazırda "Kayzerslautern"də oynayan Mahirin potensialı daha böyük uğurlar qazanması üçün yetərlidir?

– Mahir Emreli önəmli istedaddır. Hazırda "Kayzerslautern"in heyətində Almaniya kimi intizamlı futbol mühitində mübarizə aparır. Potensialı daha yüksək səviyyəyə qalxa bilər. Əgər sabitlik qazansa, daha böyük liqalara yolu açılar.

– Bayaq Qurban Qurbanov haqqında fikir bildirdiniz. Gələcək planlarınız arasında Qurbanov və ya digər azərbaycanlı məşqçilərlə əməkdaşlıq etmək fikri varmı?

– Əlbəttə, var. Keyfiyyətli azərbaycanlı məşqçilər var. Amma Avropada çalışa bilmələri üçün daha çox beynəlxalq oyunlar səviyyəsində görünmələri lazımdır. Qurban Qurbanov bu baxımdan ən hazır adlardan biridir. Doğru zaman və düzgün layihə ilə Avropada uğur qazana biləcək səviyyədədir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər