top
Orxan Əliyevdən müsahibə: Karyeram üçün doğru qərar verdim, Santuşdan dəvət gözləyirəm Idman.biz
27 avqust 2025, 13:38
- ↺ +

Orxan Əliyevdən müsahibə: "Karyeram üçün doğru qərar verdim, Santuşdan dəvət gözləyirəm"

Yay fasiləsində Qırğızısıstanın "Uzgen" klubuna transfer olunan Orxan Əliyevin futbolinfo.az saytına müsahibəsi

– Yeni klubunuza uyğunlaşma prosesi necə gedir?

– Adaptasiya prosesi yaxşı keçir, demək olar ki, artıq uyğunlaşmışam.

– "Uzgen"i seçməyinizin əsas səbəbi nə idi? Başqa təkliflər də var idimi?

– Başqa təkliflər də var idi, lakin seçimimi "Uzgen"dən yana etdim. Menecerimlə məsləhətləşdim və nəticədə bu qərara gəldik. Düşünürəm ki, karyeram üçün doğru qərarı vermişəm.

– "Uzgen"də artıq ikinci oyununuzu keçirmisiniz. "Alqa" və "Talant"la matçlar barədə təəssüratlarınız necədir?

– Çox vacib qələbələr oldu. Komanda olaraq yaxşı oynadıq və üstün tərəf biz idik. Qələbəyə layiq idik. Öz üzərimdə daha çox işləyirəm ki, komandama daha çox faydam dəysin.

– Legioner futbolçu olaraq ardıcıl iki matçda qol vurdunuz. Hədəfiniz nədir?

– Qol vurmaq həmişə xoş hissdir. Əsas odur ki, komandama kömək etdim. Sevinirəm ki, qolum qələbəyə töhfə verdi. Bu, mənim üçün motivasiyadır. Növbəti oyunlarda da qol və qollar vurmaq üçün öz üzərimdə çalışıram. Məşqçilər korpusunun və mənə inananların inamını boşa çıxarmayacağama ümid edirəm. Əsas məqsədim komandaya maksimum fayda vermək və mümkün qədər çox qələbə qazanmaqdır. Hər matçda özümü yaxşı tərəfdən göstərməyə çalışıram.

– "Turan Tovuz"dan ayrılmağınız bir qədər gözlənilməz oldu. Bu qərar Kurban Berdıyevdən yetərincə şans almamağınızla bağlı idi?

– Əslində komandada qalmalı idim. Lakin təklif gəldikdən sonra məsələni müzakirə etdim. Berdıyev ilə də danışdım və o, mənə icazə verdi. Bundan sonra təklifi qəbul etdim. Eyni zamanda legioner həyatı yaşamaq istəyim də bu qərarımda mühüm rol oynadı.

– Qırğızıstan liqası barədə əvvəlcədən məlumatınız var idimi?

– Bəli. Araşdırdıqdan sonra gördüm ki, həm ölkə, həm də liqa inkişaf mərhələsindədir. Burada futbolsevərlər çoxdur və oyunlara maraq böyükdür.

– Karyeranızla bağlı yaxın gələcək üçün əsas planlarınız nələrdir?

– Əsas məqsədim özümü yaxşı tərəfdən göstərmək, komandama fayda verməkdir. Gələcəkdə daha güclü klublardan təklif gözləyəcəm.

– Bizim çempionatda legioner limiti aradan qalxdıqdan sonra komandalar yerli oyunçulara çox az şans verir. Hətta yığmanın baş məşqçisi Fernandu Santuş milliyə çağırmağa futbolçu tapmadığını, legioner futbolçulara üstünlük verə biləcəyini deyib. Bu, sizin üçün motivasiya yaradırmı?

– Əlbəttə, bu, mənim üçün böyük motivasiyadır. Çox istərdim ki, milliyə dəvət alım. Bunun üçün də çox çalışıram, hansı ölkədə oynamağımdan asılı olmayaraq, əsas məqsədim daim yüksək səviyyədə çıxış etməkdir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 14:28

Tovuz toyunda qonaqlar ekranda “Qarabağ” - “Turan Tovuz” matçını izləyib - VİDEO

Futbol
Bu gün, 14:19

Bursaspor futbolçusu Toral Bayramov qeyri-adi avtoqol vurdu

Cüdo
Bu gün, 14:06

Azərbaycan ilk dəfə eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatına ev sahibliyi edəcək

Futbol
Bu gün, 14:00

Rahid Əmirquliyev: “12 xalla kifayət etmirik, liderdən 6 xal geriyik”

Futbol
Bu gün, 13:48

Cenk Sümer: "Hədəfimiz mövsümün sonunda çempion olmaqdır"

Futbol
Bu gün, 13:30

Niko Pas Mourinyoya zəng edərək "Real"a yalnız ehtiyat üzvü kimi qayıtmaq istəmədiyini bildirib

Qarabağ FK
Bu gün, 13:28

“Şəfa”‑“Araz‑Naxçıvan” sonuncu yerdən qurtulmağa çalışacaq, “Zirə”‑“Qəbələ” isə “Qarabağa” yaxınlaşmaq üçün mübarizə aparır? - İDMAN.BİZ‑in İCMALI

Voleybol
Bu gün, 13:08

Mateus Arauxo: "Azərbaycan çempionatı hər il inkişaf edir və daha maraqlı olub"

Gimnastika
Bu gün, 13:06

Azərbaycan gimnastı Tofiq Əliyev tumblinq üzrə dünya çempionatında gümüş medal qazanıb

Futbol
Bu gün, 12:50

İspaniya 2030-cu il Dünya Çempionatının finalı Mərkirdə keçirilərsə turnirdən imtina edəcək

Futbol
Bu gün, 12:48

Latsio Neapolda Çətin Sınaqla, Inter Komo ilə Mübarizədə

Basketbol
Bu gün, 12:35

Sabah basketbol klubu oyunçusu Mayk Ertel ilə müqaviləni bağlamış

Futbol
Bu gün, 12:30

FİFA prezidenti İnfantino yenidən seçilmək üçün Dünya çempionatının formatını dəyişdirmə planlarından vaz keçə bilər

Futbol
Bu gün, 12:28

Fransa Liqa 1-in 10-cu turu: PSJ-nin liderliyi, "Havr"dakı məşqçi krizi və zirvə komandalarının qarşıları

Futbol
Bu gün, 12:08

İraola: Futbolçular yıxılmağı məsləhət edir, hakimlər qaydanı qeydə alır

Futbol
Bu gün, 12:00

Bəxtiyar Musayev: Ayxan Abbasovun gəncləri milliyə dəvət etməsini alqışlayır

Futbol
Bu gün, 11:59

Prezident İlham Əliyev Xankəndi Şəhər Stadionunun yenidənqurulmuş açılışında iştirak edib

Voleybol
Bu gün, 11:48

Misirli voleybolçu Mariam Metvalli: Azərbaycanlılarla oxşarlıq var, burada evim kimi hiss edirəm

Futbol
Bu gün, 11:30

PSJ‑nin 12 nailiyyəti və 7 komanda rekordu Guinness Rekordlar Kitabına daxil edildi

Basketbol
Bu gün, 11:02

NTD basketbol klubu Hüseyn Məmmədovu mövsüm sonuna qədər müqavilə ilə transfer etdi

Qarabağ FK
Bu gün, 11:00

Musa Qurbanlı "Qarabağ"ın son 4 oyundakı xal itkisi: "Bu, daha çox məşqçilərimizin təhlil etməli olduğu məsələdir"

Cüdo
Bu gün, 10:48

Marneulidə azərbaycanlı yeniyetmə idmançılar Zəfər Gününə həsr olunmuş qarışıq döyüş növləri turnirinə hazırlaşırlar

Gimnastika
Bu gün, 10:38

Selcan Mahsudova dünya çempionatında fərdi proqramın finalına vəsiqə qazanıb

Futbol
Bu gün, 10:30

DAZN-da Qadınlar Super Liqası iki oyunu canlı yayımlanacaq

Oxşar xəbərlər