top
Orxan Əliyev Turan Tovuzdan ayrılma səbəblərini və Qırğızıstan klubu ilə bağlı planlarını açıqladı Idman.biz
30 iyul 2025, 13:16
- ↺ +

Orxan Əliyev "Turan Tovuz"dan ayrılma səbəblərini və Qırğızıstan klubu ilə bağlı planlarını açıqladı

"Turan Tovuz"dan ayrıldıqdan sonra Qırğızıstanın "Ozgon" klubuna keçən Orxan Əliyevin Sportal.az-a müsahibəsi

- "Turan Tovuz"da nəyə görə qalmadın? Halbuki bu klub sənin üçün qışda "Kəpəz"ə transfer məbləği də ödəmişdi. "Turan Tovuz"da qala bilərdin?

- Əlbəttə ki, rahatlıqla "Turan Tovuz"da qala bilərdim. Çünki mənim klubla daha bir illik müqaviləm var idi. Bu, mənim qərarım idi.

- Kurban Berdiyev sənə lazımı qədər güvəndi, yoxsa çox da şans vermədi və daha çox oynamadığın üçün oradan ayrıldın?

- Bəlkə də, "Turan Tovuz"a keçidim o qədər də uğurlu deyildi. Amma Kurban Berdıyev mənim üçün çalışmaq istədiyim ən yaxşı mütəxəssislərdən biridir. Təəssüf ki, futbolda hər zaman, hər şey istədiyin kimi getməyə bilər. Amma sizə deyim ki, seçim etməmişdən əvvəl onunla məsləhətləşmişdim. O, mənə haqqımda çox gözəl sözlər dedi. Hansı ki, bu sözlər məni daha da motivasiya edir. Kurban Berdıyevə anlayışı üçün təşəkkürümü bildirirəm.

- Necə düşünürsən, "Turan Tovuz" bu mövsüm avrokuboklara düşə biləcək?

- Ümidvaram ki, "Turan Tovuz" bu mövsüm avrokuboklara vəsiqə qazanacaq. Onlara uğurlar arzulayıram.

- Qırğızıstanın "Ozgon" klubuna keçidin reallaşdı. Transfer haqda nə deyəcəksən? Təklif yalnız Qırğızıstan klubundan idi?

- Xeyr, mənə Azərbaycan klublarından da təklif gəlmişdi. Amma şərtlər uyğun gəlmədi. Qırğızıstanın digər klublarından da dəvət olmuşdu. Menecerim Qvanzav Maqomedov "Ozgon"a keçmək variantını təklif etdi. Onlar da öz şərtləri ilə məni maraqlandırdı. Üstəlik, klub rəhbərliyi və məşqçilər korpusu da məni öz klublarında görmək istəyirdilər. Belə olduqdan sonra təbii ki, keçid reallaşdı.

- Qırğızıstan klubunda əsas hədəf nə olacaq? Hansı şərtlərlə bu komandaya keçdin?

- Komanda ilk dəfədir ki, yüksək liqada çıxış edir. Qarşıya o qədər də böyük hədəflər qoyulmayıb. Amma bizim yaxşı komandamız var. Fikrimcə, mövsümün sonuna qədər özümüzü ən yaxşı tərəfdən göstərəcəyik.

- Bu yay Qırğızıstana yollanan azərbaycanlı futbolçuların sayı çox oldu. Səncə, bu nə ilə əlaqədardır? Qırğızıstan klubları azərbaycanlı futbolçulara bu qədər çox güvənir?

- Özünüz də görürsüz ki, nə qədər azərbaycanlı Qırğızıstana gəlib. Hansı ki, onlar özlərini burada ən yaxşı tərəfdən göstərə bilər. Bu, onlar yaxşı şansdır. Bildiyiniz kimi, demək olar ki, bütün futbolçuları bura menecerim və yaxın dostum Qvanzav Maqomedov gətirir.

- Qırğızıstan futbolunun səviyyəsi, çempionatın səviyyəsininecə hesab edirsən? Azərbaycandan aşağı səviyyədədir?

- Azərbaycan və Qırğızıstan futbolunun səviyyəsini müqayisə etsək, hələ ki Qırğızıstan futbolu geridədir. Amma burada futbol çox sürətlə inkişaf edir və düşünürəm ki, tezliklə burada yaxşı səviyyədə futbol olacaq. Qırğızıstanın prezidenti və Qırğızıstan Futbol Federasiyasının rəhbəri futbolun inkişafına çox diqqət ayırır. Özünüz baxın da, ötən mövsüm yüksək liqada 10 komanda var idi, bu mövsüm 14 oldu. Yeni mövsümdən isə 16 klubun olacağı ehtimal edilir. Bu barədə nəsə danışmağa ehtiyac yoxdur, hər şey göz qabağındadır.

- Debüt oyununda "Asiaqol" komandasına qol vurdun, görüşü də 2:0 qalib gəldiz. Bu haqda nə deyəcəksən?

- Debüt görüşündə qol vurduğuma görə şadam. Qalib gəldik, bu da xüsusi sevincdir. Amma hər şey hələ indi başlayır. Öz üzərimdə hələ çox işləməliyəm. Çünki böyük hədəflərim var. Bununla dayanmaq olmaz. Çalışmaq və irəliyə baxmaq lazımdır. Hər şey alınacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:20

Serbiya Futbol Assosiasiyası azarkeş davranışı üçün cərimələndi

Voleybol
Bu gün, 10:02

Azərbaycanın U-20 qadın voleybol millisi Polşa ilə qarşılaşacaq;

Futbol
Bu gün, 10:00

Slovan Bratislava ‘Sabah’ın futbolçusuna təklif göndərə bilər

Futbol
Bu gün, 09:53

Azərbaycan UEFA reytinqində 24-cü pillədə qalaraq mövqeyini saxladı

Basketbol
Bu gün, 09:43

Azərbaycan Basketbol Liqasında IV Turun İlk Oyununda Sabah NTD-İ Həsr Olunur;

Futbol
Bu gün, 09:40

İsveçrə U-15 Milli Komandasının Dünya Kubokuna Qatılmama Səbəbi Açıqlandı

Futbol
Bu gün, 09:39

23 Oktyabr: Avropada keçiriləcək əsas futbol oturumu

Futbol
Bu gün, 09:38

40 evdə məğlubiyyətsiz: 'Bavariya' Çempionlar Liqasında rekord qoyur

Futbol
Bu gün, 09:31

Misli Premyer Liqası: “Araz-Naxçıvan” – “Qəbələ” (23 Oktyabr, 15:00)

Futbol
Bu gün, 09:20

Türkiyə liqasının ən dəyərli üç futbolçusunun reytinqi

Futbol
Bu gün, 09:08

Runi, Manchester United futbolçularını sərt tənqid etdi: "Məsuliyyət daşımır"

Digər
Bu gün, 09:01

Kür handbol komandası Mingəçevirdə Bosniya klubu ilə EHF Avropa Kubokunda qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Zirə vs Sumqayıt: Qaratalların Kimyaçılarla mübarizəsi

Formula 1
Bu gün, 08:49

18 yaşlı pilot Freddi Sleyter \"Audi\" üçün Formula 1-də debüt edəcək

Futbol
Bu gün, 08:40

İsveç U-15 milli komandası Bakıda keçiriləcək dünya kubokunda iştirak etməyəcək

Digər
Bu gün, 08:24

Venesiya marafonunda 124 ölkədən 24,000 iştirakçı

Futbol
Bu gün, 08:20

Şamaxıda Araz-Naxçıvan – Qəbələ qarşılaşması

Futbol
Bu gün, 08:00

Qitələrarası Kubokun final mərhələsinə Qətər ev sahibliyi edəcək

Futbol
Bu gün, 07:31

Manchester Uniteddə paltardəyişmə otağında Karrik və Kunya arasında gərgin mübahisə

Digər
Bu gün, 06:15

Lamin Yamal “Qızıl top” mərasiminə xüsusi təyyarə ilə gedəcək

Futbol
Bu gün, 05:17

Kanselu: Tribunada hər kəs ekspertdir, təzyiqə necə cavab verəcəyini göstər

Futbol
Bu gün, 04:13

Mançester Yunayteddə Əsas Namizəd Eddi Hau

Futbol
Bu gün, 03:09

Luiş Fiqu: "Mourinyo "Barselona" üçün möhtəşəm baş məşqçi olardı"

Futbol
Bu gün, 02:08

Mançester Yunayted kapitanı Bruno Fernandeşin evi Çempionlar Liqası matçı zamanı oğurluq edildi

Oxşar xəbərlər