top
Orxan Əliyev: Xal qazanmağı bir kənara qoyaq, qolda vura bilməyəndə özümüzə inam azalır Sport24.az
24 avqust 2024, 15:24
- ↺ +

Orxan Əliyev: "Xal qazanmağı bir kənara qoyaq, qolda vura bilməyəndə özümüzə inam azalır"

Mövsümlərarası fasilədə uzun müddət özünə klub tapa bilməyən Orxan Əliyev ötən həftə "Kəpəz"lə ortaq məxrəcə gəldi. Ancaq hələ ki, futbolçu yeni komandasında özünü göstərə bilməyib. İki oyunda meydana çıxan hücumçunun "ayağı açılmayıb". 28 yaşlı futbolçu Sport24.az-a müsahibəsində


- Son müsahibəndə Albaniyada legioner həyatı yaşamağa yaxın olduğunu demişdin. Amma sonda "Kəpəz"lə anlaşdın. Ölkə xaricinə yollanmağına nə mane oldu?
- Bəli, legioner həyatı yaşamaq istəyirdim. Ancaq qarşı tərəf məsələni çox uzatdı. Hər dəfə deyirdilər bir qədər də gözlə. Vaxt uzandıqca formadan düşürdüm. Belə olduqda "Kəpəz"dən real təklif gəldi və geri çevirmədim.  

 

- "Turan Tovuz"la matçda əvəzetmədən meydana daxil olsan da, "Səbail" ilə görüşdə ilk dəqiqələrdən iş başında idin...
- Baş məşqçimizə  mənə etimad edib şans verdiyi üçün təşəkkür edirəm. Təəssüf ki, məğlub olduq. Gəncəyə xalla qayıtsaydıq, mənim üçün daha əlamətdar olardı.



- "Səbail"lə böyük hesabla məğlubiyyətin səbəbini nə ilə izah edərdin?
- Bayıla yaxşı nəticə üçün gəlmişdik. Oyuna da pis başlamadıq. Amma ilk qoldan sonra planlarımız pozuldu. Bundan sonra nə qədər çalışsaq da, hesabı dəyişə bilmədik. Əksinə daha qol gördük. Əlbəttə ki, 4 oyuna məğlubiyyət xoş deyil. Heç kim belə nəticə arzulamırdı.

 

- Xal qazanmamaqla yanaşı, komanda hələ də fərqlənə bilməyib. Hücumda "dişsizliyin" səbəbi nədi?
- Hücuma qura bilirik, sadəcə, son nöqtəni qoymaqda çətinlik çəkirik. Bütün komanda buna görə məyusdu. Xal qazanmağı bir kənara qoyaq, qolda vura bilməyəndə özümüzə inam azalır. Ən azı bir qol vursaq bizdə özünəinam əmələ gələr. Ardıcıl 4 turda rəqib qapısına yol tapa bilməyən, bütün görüşləri məğlub başa vuran komandanın futbolçusu kimi danışmaq çox çətindi. Qarşıdakı oyunlarda həm qol vurmaq, həm də qələbə qazanmaq istəyirik.


- Bu gedişlə zirzəmidə qalacağınızdan çəkinmirsən?  
- İndidən təslim olmaq barədə düşünsək gərək meydana çıxmayaq. Pessimiz yol vermək lazım deyil. Belə davam edə bilməz. "Kəpəz" elitada qalmağa layiqdi. İrəlidə 32 tur var. Hər turda döyüşəcəyik ki, autsayder olmayaq.


- Bu gün az da olsa "ASCO Arena"da gəncəli azarkeş var idi. Oyundan sonra onlar komandaya etirazını bildirdilər. Fanatlarla 20 dəqiqəlik söhbətdə nə danışdız?  
- Gəncə həm futbolu, həm də çılğın azarkeşləri ilə seçilir. Nizami yurdunda fanatlar həmişə komandanın yanında olublar. Təbii ki, haqlı olaraq nəticələrdən narazıdılar və bizi qınayırlar. Məhz belə fanatlarımıza görə "Kəpəz"i ayaqda saxlamaq üçün qarşıdakı turlarda daha əzmlə mübarizə aparacağıq.

ABDULLA İSMAYILOĞLU

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 10:47

NTD iki gənc U‑20 oyunçusunun müqaviləsini bir il uzatdı, 10 oyunçu komandadan ayrıldı

Futbol
Bu gün, 10:00

“Kəpəz” uzun müddət zədələnən Məqsəd İsayevlə yollarını ayırdı

Futbol
Bu gün, 06:27

Dursun Özbek: “Qalatasaray” transferlərindən 50 milyon avro gəlir əldə edib

Voleybol
Bu gün, 05:18

Polşa kişi voleybol milli komandası finalda Fransanı məğlub edərək Avropa çempionu oldu

Futbol
Bu gün, 03:24

Manchester City futbolçusu Rayan Ayt‑Nuri, Əlcəzair milli komandadan çıxarıldı: məşqçinin göstərişinə əməl etmədi

Futbol
Bu gün, 01:43

Kəpəz PFK son 5 mövsümdə ən uğurlu startını cari çempionatda qeyd etdi

Futbol
Bu gün, 01:39

Qordon: Keyn penaltini vursaydı, İngiltərə qalib gələ bilərdi

Futbol
Bu gün, 01:18

İspaniya millisi İngiltərəni məğlub edərək 39 matçlıq məğlubiyyətsizlik seriyasına imza atdı

Futbol
Bu gün, 00:05

Culian Uord “Liverpul”da yeni idman direktoru oldu

Futbol
Dünən, 23:10

Edqaras Yankauskas: Azərbaycan millisi güclü, texnikalı və sürətli oyun tərzinə malikdir

Minifutbol
Dünən, 22:48

“Buxar Sumqayıt” EMF Avropa Kubokunda Aldak 422-ə 2:4 məğlub oldu

Futbol
Dünən, 22:23

Şimal futbol klubu sınaq matçında 3:0 qələbə qazandı

Basketbol
Dünən, 19:26

Sumqayıt basketbol klubu ABŞlı oyunçusu Cordan Vatsonla müqavilə imzaladı

Futbol
Dünən, 19:13

“Manchester City”nin sahibləri maliyyə pozuntuları üzrə istefa çağırışları ilə üzləşə bilər

Futbol
Dünən, 18:59

Real Madrid, Mbappé’nin diz zədəsi üçün ən pis ssenaridən narahatdır

Futbol
Dünən, 16:49

Mahir Emreli: Millidə qələbə vacib deyil, əsas odur ki, yaxşı oyun göstərək

Boks
Dünən, 11:32

Azərbaycan boks komandası Avropa çempionatında ikinciliyi tutaraq iki qızıl, bir gümüş və iki bürünc medal qazandı

Futbol
Dünən, 10:33

U-21 milli komandasının futbolçusu: “Komanda olaraq çox yaxşı oynadıq, 1 xal qazandıq” - MÜSAHİBƏ

Futbol
Dünən, 09:08

PSJ məşqçisi Luis Enrique Arsenalın İspan futbolçusunu 80 milyon avroya transfer etməyi planlaşdırır

Futbol
Dünən, 05:17

Tomas Tuxel, İspaniya millisinin güclü tərəflərini açıqladı

Futbol
Dünən, 04:38

Mbappe sol diz zədəsi səbəbindən Fransa millisindən ayrılır, Real Madridə qayıdır

Futbol
Dünən, 03:09

Zidane, Mbappé-nin zədəsini “Çox pis” adlandırdı

Qarabağ FK
25 sentyabr 2026, 21:27

İlham Zəkiyev Tbilisidə keçirilən dünya çempionatında səkkizinci dəfə iştirak edəcək

Futbol
25 sentyabr 2026, 20:52

“Qəbələ” Rafael Utziqi ilə müqavilə imzaladı

Oxşar xəbərlər