top
Orxan Əliyev: Qırğızıstana mövsümün əvvəlindən gəlsəydim, daha çox qol vura bilərdim - MÜSAHİBƏ Idman.biz
19 noyabr 2025, 15:51
- ↺ +

Orxan Əliyev: "Qırğızıstana mövsümün əvvəlindən gəlsəydim, daha çox qol vura bilərdim" - MÜSAHİBƏ

"Bəli, klub mənə yeni müqavilə təklif edib. Onlar klubda qalmağı istəyirlər".

Bunu Qırğızıstanın "Ozgon" klubunun hücumçusu Orxan Əliyev sportal.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– Artıq Qırğızıstan liqası başa çatdı. "Ozgon"dakı karyeranız necə alındı? Necə dəyərləndirirsiniz?

- Ümumi götürsək, yaxşı dəyərləndirmək olar. Çünki doqquz meydana çıxdıq, yeddi qol vurdum və bir məhsuldar ötürmə etdim. Məncə, hər şey normal keçdi.

– Qırğızıstan liqasında az qol vurmadınız. Sizcə, mövsümün əvvəlindən orada oynasaydınız, daha çox qol vura bilərdiniz?

- Fikrimcə, bəli. Qırğızıstana mövsümün əvvəlindən gəlsəydim, daha çox qol vura bilərdim. Mən zədə səbəbindən hələ dörd oyuna da çıxmadım. Özünüz də, statistikaya baxa bilərsiz. Liqadakı statistikam qısa müddətdə etdiyim çempionatın ən yaxşılarından biridir.

- Qırğızıstan çempionatı Azərbaycan Premyer Liqasından çox fərqlənir?

- Qırğızıstan liqası inkişaf edir və bəyəndiyim çempionatdır. Əgər onlar yanaşmalarında daha peşəkar olsalar, tez bir zamanda uğur qazanacaqlar. Azərbaycan Premyer Liqasını da izləyirdim. Səviyyə yüksəlir. Sadəcə istənilən halda, 5-6-cı sıralarda qərarlaşan komandaların heyətində yerli futbolçular az oynayır.

– Bəs siz özünüz "Ozgon"da qalacaqsınız? Klub sizə yeni müqavilə təklif edib?

- Bəli, klub mənə yeni müqavilə təklif edib. Onlar klubda qalmağı istəyirlər. Yaxın vaxtlarda yekun qərarımı verəcəm. Hələ ki tam qərarımı verəmişəm.

– Azərbaycan Premyer Liqasından necə, təkliflər almısınız? Hansı klublardan təklifləriniz var?

- Azərbaycan Premyer Liqasından heç kim mənimlə danışmayıb. Hazırda Premyer Liqada mübarizə davam edir. Qırğızıstanda isə çempionat noyabrın 9-da başa çatmışdı. Bəlkə Azərbaycandan təklif gələcək, birlikdə görəcəyik.

– Özünüz hansı addımı atacaqsınız? Qırğızıstanda qalmaq istəyirsiniz, yoxsa Azərbaycana qayıtmağı planlaşdırırsınız?

- Məni görməkdən məmnun qalacaqları yerdə olacam. Beləliklə, məni istəyən komanda üçün nə qədər vacib olub-olmadığımı bilməliyəm. Zaman hər şeyi göstərəcək.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Formula 1
Bu gün, 11:53

Liam Louson Meksika Qran-prisinin təsnifat mərhələsində diskvalifikasiya edildi

Digər
Bu gün, 11:47

Bakıda VI “Qələbə qaçışı”nın qalibləri müəyyənləşib: rekord iştirak, xeyriyyə fondundan 20 manat ianə

Digər
Bu gün, 11:39

Bəxtiyar Əsgərli: ‘Qələbə qaçışı’ qalibi yarışın məna və təəssüratları

Futbol
Bu gün, 11:30

20 yaşlı Brayan Faryanyas Barcelona-nın əsas komandasında ilk oyununu keçirdi

Futbol
Bu gün, 11:27

Zədələr Karyera Zirvələrini Geri Çəkməkdə

Digər
Bu gün, 11:26

Anna Yusubova: "Qələbə qaçışı"nda birinci olmaq, Bakı marafonundan daha çox xoş gəlir

Olimpiada
Bu gün, 10:54

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunları Afrika qitəsində ilk dəfə açıldı

Digər
Bu gün, 10:30

Azərbaycanlı Döyüşçülər UFC-də: Liderlik Dəyişir, Yeni Mövqe Mübarizəsi

Futbol
Bu gün, 10:30

Roma Qışda Portuqaliya Millili Futbolçusunu Transfer Etmək İstəyir

Futbol
Bu gün, 10:13

Avropa futbolunun günün ən vacib əyləc mərhələləri: Liverpul – Arsenal, Yuventus – Napoli

Futbol
Bu gün, 10:00

“Şamaxı” “Neftçi”yə qarşı qalib gəlmək üçün uzun müddətdir gözləyir

Cüdo
Bu gün, 09:58

Dakar-2026: Cüdoçumuz İbrahim Talıbov Yeniyetmələr Olimpiya Oyunlarında Mübarizəyə Başlayır

Digər
Bu gün, 09:40

Gürcüstanda keçiriləcək dünya MMA çempionatına Azərbaycan yeddi döyüşçüsü qatılacaq

Digər
Bu gün, 09:35

Bakıda Qələbə qaçışı keçiriləcək – topladığı vəsait YAŞAT fonduna verəcək

Futbol
Bu gün, 09:32

Şamaxı, Neftçi ilə 13 oyunluq qələbəsizliyə son qoymağa hazırdır

Futbol
Bu gün, 09:30

Markus Kreşe, Milan klubunun idman direktoru təyin edildi

Güləş
Bu gün, 09:24

Dörd azərbaycanlı sərbəst güləşçi bu gün Astanada bürünc medal üçün xalçaya çıxır

Qarabağ FK
Bu gün, 09:15

Azərbaycan U-21 Milli futbolçusu Lorenzo Mezzotero “Sampdoriya”da ilk qolunu vurdu

Futbol
Bu gün, 09:08

Marotta Prezident seçkiləri haqqında yanlış məlumatlara cavab verir

Digər
Bu gün, 09:01

Fərman Həsənov UFC-də ilk məğlubiyyətini yaşadı

Futbol
Bu gün, 09:00

Kepez, 10-cu turda İmişliyi qonaq edir

Digər
Bu gün, 08:40

Ballon d'Or mərc skandalı: Bukmeker izi və polis araşdırması

Qarabağ FK
Bu gün, 08:20

"Neftçi Şamaxıda qalib gələrsə, liderliyə yüksələ bilər"

Futbol
Bu gün, 08:03

Roma Endricki transferə yenidən baxır, Real Madrid çıxışı istəmir

Oxşar xəbərlər