"Beşiktaş"ın və Türkiyə milli komandasının futbolçusu Orkun Kökçü cümə namazı qılarkən fotokamera qarşısına keçib. Kökçünün duasının görüntüləri sosial mediada böyük səs-küyə səbəb olub. Səmimi görüntülərə pərəstişkarları böyük maraq göstərib, bir çox istifadəçi Kökçüyə dəstək ifadə edib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bir çox istifadəçi "Afərin", "Nümunəvi duruş", "Həm xarakter, həm də futbolçu" kimi şərhlərlə Kökçüyə dəstək olduqlarını bildirib.
"Beşiktaş"ın əsas yarımmüdafiəçisi Orkun Kökçü bu mövsüm indiyədək 9 oyunda meydana çıxıb və bu 2 məhsuldar ötürmə edib.