Kiprin "Omoniya" klubunun baş məşqçisi Henninq Berq UEFA Konfrans Liqasının III təsnifat mərhələsində üz-üzə gələcəkləri "Araz-Naxçıvan"ı yaxşı komanda adlandırıb.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, mütəxəssis Gürcüstanda "Torpedo"ya 4 cavabsız qolla qalib gəldikləri II təsnifat mərhələsinin cavab matçından sonra bu barədə açıqlama verib.
O, oyundan və hesabdan razı olduqlarını söyləyib:
"Növbəti raundda daha yaxşı kollektivlərlə üz-üzə gələrik. "Aris"in oynadığı yaxşı komandadır. Futbolda hər şeyin yaxın nəticələrə görə dəyərləndirildiyini də bilirik".
Qeyd edək ki, "Araz-Naxçıvan" III təsnifat mərhələsində "Omoniya" ilə üz-üzə gələcək. Naxçıvan təmsilçisi ilk matçını avqustun 7-də Bakıda, cavab görüşünü bir həftə sonra səfərdə keçirəcək.