top
Ömər Ərdoğan: Qarabağ intizamlı oynasa, Ayaksdan xal ala bilər Idman.biz
09 dekabr 2025, 15:03
- ↺ +

Ömər Ərdoğan: "Qarabağ" intizamlı oynasa, "Ayaks"dan xal ala bilər"

"Qarabağ" yaxından izlədiyim və nəticələri ilə qürur duyduğum komandadır. Qardaş ölkənin klubu bizim də təmsilçimiz sayılır".

Bu sözləri Türkiyə millisinin və "Qalatasaray"ın sabiq futbolçusu Ömər Ərdoğan deyib.

48 yaşlı mütəxəssis Ağdam klubunun Çempionlar Liqasının əsas mərhələsinin VI turunda Bakıda "Ayaks"la keçirəcəyi oyunla bağlı danışıb.

"Qurban Qurbanov əla kollektiv qurub. Onun işini çox bəyənirəm. "Ayaks" isə bu mövsüm yaxşı formada deyil. Amma unutmaq olmaz ki, onlar Niderland futbolunu təmsil edirlər. "Qarabağ" futbol mədəniyyəti böyük ölkənin komandasına qarşı oynayacaq. Çətin matç olacaq. Əgər komandanız sabah da intizamlı oyununu davam etdirsə, xal qazana biləcək", - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

O, Ağdam təmsilçisinin əsas mərhələdəki şanslarını da dəyərləndirib: "Bundan sonra "Ayntraxt" və "Liverpul"la matçlar var. Hər iki komanda ideal formada deyil. Frankfurt klubu qeyri-stabil çıxış edir. Düşünürəm ki, "Ayaks" və "Ayntraxt"dan alınacaq xallar "Qarabağ" üçün həlledici olacaq. Azərbaycan təmsilçisinin növbəti mərhələyə çıxmaq şansı çoxdur".

Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:44

İspaniya milli komandası baş məşqçisi Luis de la Fuente 'İlin məşqçisi' mükafatını qazanıb

Futbol
Bu gün, 01:30

PSJ, ‘Lion’u 2:0 məğlub edərək Liqa 1 liderliyini ələ alıb

Futbol
Bu gün, 01:25

Britaniyalı yuxu məşqçisinin Cristiano Ronaldonun qeyri‑adi vərdişləri barədə açıqlamaları

Futbol
Bu gün, 01:20

Lamin Yamal, Üçüncü Dəfə Yılın Ən Yaxşı Gənc Futbolçusunu Qazanır

Futbol
Bu gün, 01:00

Lamin Yamal "İlin gənc istedadı" mükafatını üçüncü dəfə qazanaraq tarix yazdı

Qarabağ FK
Bu gün, 00:59

Qarabağ – Dinamo matçının hakimləri: Estoniyalı Karl Koppel, Riivo Stolts, Tor Vaas və dördüncü Ali Əliyev

Futbol
Bu gün, 00:43

Xankəndi baş məşqçisi: Kubokda rotasiya, əsas hədəf liqada qalmaq

Futbol
Bu gün, 00:32

Qalatasaray 2-1 Fənərbağça: Osimhenin qolları liderliyini qorudu

Futbol
Bu gün, 00:28

İstanbul derbisində Qalatasaray 2-1 qalib gəldi

Şahmat
Bu gün, 00:07

Murad İbrahimli “Şirvan Open” beynəlxalq şahmat festivalının A qrupunda birincilik qazandı

Futbol
Dünən, 23:43

Mbappe "Qızıl Top" tarixində ilk onluğa ardıcıl doqquzuncu dəfə daxil olan ilk fransalı futbolçu oldu

Futbol
Dünən, 23:30

İspaniya mətbuatı Bakıda yeni U-15 futbolistlərini axtarır

Futbol
Dünən, 23:17

Qızıl Top rəsmi saytının səhv paylaşımı: 2026-cı ilin qalibləri barədə yanlış məlumat

Futbol
Dünən, 23:15

Cristiano Ronaldo 30 günlük qəsdən sonra Portuqaliya milli komandasında oyuna qayıdır

Futbol
Dünən, 22:58

Qızıl Top rəsmi saytında qalibin fotoşəkili erkən yayımlandı

Futbol
Dünən, 22:40

Napoli baş məşqçisi Massimiliano Alleqri iki oyunluq diskvalifikasiya və 10 min avroluq cərimə aldı;

Futbol
Dünən, 22:35

Arsen Venger: VAR artıq futbolun ayrılmaz hissəsidir

Futbol
Dünən, 22:17

Manchester United futbolçuları Michael Carrickin vəzifəsindən kənarlaşdırılmasını gözləyir

Futbol
Dünən, 22:02

Trabzonspor 4-3 Rize, Beşiktaş 2-0 Başakşehir: Türkiyə Super Liqası

Futbol
Dünən, 21:57

Murad Məmmədov zədəni sağaldı və Pafos üçün növbəti oyunda çıxdı

Güləş
Dünən, 21:56

Azərbaycan güləşçiləri Estoniyada turniri çempion bitirdi

Futbol
Dünən, 21:55

İtalyan futbol hakimi Pyerluici Kollina Bakıda FIFA U-15 Çempionatına gəlir

Qarabağ FK
Dünən, 21:47

“Qarabağ – Dinamo (Xorvatiya) oyunu üçün bilet satışa çıxarıldı”

Futbol
Dünən, 21:44

Martin Subimendi üçün “Real Madrid” və “Çelsi” mübarizəyə başladı

Oxşar xəbərlər