"Turan Tovuz"un qapıçısı Oleq Baklov Tacikistan millisinə dəvət alıb.
İdman.Biz xəbər verir ki, baş məşqçi İqor Angelovski onu "King"s Cup 2026" beynəlxalq turnirində iştirak edəcək komandanın yekun heyətinə daxil edib.
Tacikistan yığması noyabrın 14-dən 19-dək Tailandın Sisaket şəhərində keçiriləcək turnirdə mübarizə aparacaq.