top
Oleq Baklov: İndiki məqamda ən təhlükəli rəqib məhz Kəpəzdir - MÜSAHİBƏ Idman.biz
26 sentyabr 2025, 11:35
- ↺ +

Oleq Baklov: "İndiki məqamda ən təhlükəli rəqib məhz "Kəpəz"dir" - MÜSAHİBƏ

"Hər şeyi düzgün etsək, uğur qazanmaq üçün böyük şansımız var".

Bunu "Turan Tovuz"un tacikistanlı qapıçısı Oleq Baklov futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– Söhbətə "Sabah"a uduzduğunuz (0:2) oyundan başlayaq. Həmin görüşdə məğlubiyyətin səbəbini nədə görürsünüz?

– Bəli, oyun bizim tərəfimizdən o qədər də keyfiyyətli alınmadı. Yəqin ki, 5 tur ərzində ən zəif oyunumuz idi. Fərdi və komanda şəklində taktiki səhvlər buraxdığımız üçün uduzduq. Amma fikrimcə, iki epizod var idi ki, orada hakimlər səhv qərar verdilər – bu da oyunun həlledici anları idi. Hakimlər o epizodlarda fərqli qərarlar versəydilər, nəticənin necə olacağını heç kim bilə bilməzdi. Artıq "Sabah"a məğlubiyyəti unutmuşuq, hazırlıqlarımıza davam edirik. Hər şey öz əlimizdədir. Azarkeşlərimizin qarşısında özümüzü yaxşı tərəfdən göstərməliyik. Onlar hər oyunda bizi dəstəkləyirlər.

– "Turan Tovuz" 5 turdan sonra 9 xal toplayaraq hazırda turnir cədvəlində 4-cü yerdə qərarlaşıb. Komandanızın bu mövsümdəki çıxışını necə qiymətləndirirsiniz?

– Cəmi 5 tur keçib, düşünürəm ki, hələ cədvələ baxmağa dəyməz. Çünki turnir cədvəli hələ yüz dəfə dəyişəcək. Oyundan-oyuna irəliləyirik, klub prezidentinin komandanın qarşısına qoyduğu vəzifə var. Odur ki, xalları mövsümün sonunda hesablayarıq. Amma bir psixoloji məqam da var: qələbələrdən sonra bərpa prosesi daha tez gedir və məşqlər daha asan keçir – bu, həmişə belə olub.

– Növbəti oyun "Kəpəz"ə qarşı olacaq. Bildiyiniz kimi, bu görüş Qərb derbisi sayılır. 5 turdan sonra xal qazanmayan "Kəpəz"lə matçda asan qələbə gözləyirsinizmi?

– Məncə, indiki məqamda ən təhlükəli rəqib məhz "Kəpəz"dir və ən çətin oyunumuz da onlara qarşı olacaq. Rəqibin necə futbol oynadığını, hansı üsluba üstünlük verdiyini bilmirəm, amma biz yalnız öz oyunumuz haqda düşünəcəyik. Hər şey bizim əlimizdədir!

– Azərbaycan çempionatı haqda fikirləriniz, ilkin təəssüratlarınız necədir? Liqanın səviyyəsi sizi qane edirmi?

– Düzünü desəm, müsbət mənada təəccübləndim. Bildiyim qədərilə, bu mövsümdən etibarən legioner limiti ləğv olunub və çempionata bir çox keyfiyyətli futbolçular gəlib, bu da ümumi səviyyəni artırıb. Əgər son ilimi keçirdiyim FNL (Rusiyanın I divizionu – red.) ilə müqayisə etsəm, Azərbaycan çempionatında oyunlar daha sürətli keçir, futbolçular fərdi baxımdan daha güclüdürlər və texniki ustalıq baxımından da səviyyə yüksəkdir. Buna görə də mənim uyğunlaşmağım üçün müəyyən vaxt lazım oldu. İndi deyə bilərəm ki, artıq liqaya alışmışam. Bir sözlə, Azərbaycan Premyer Liqası yaxşı çempionatdır. Düşünürəm ki, bu il avrokuboklar uğrunda maraqlı mübarizə gedəcək.

– Azərbaycan çempionatında oynamağınız Tacikistan millisindəki karyeranıza necə təsir edə bilər? Ölkəmizdə çıxış edə-edə yığmaya mütəmadi olaraq çağırılmaq perspektivinizi necə qiymətləndirirsiniz?

– Mənim vəzifəm çox sadədir: hər gün işləmək və daha yaxşı vəziyyətdə olmaq. Hər zaman oynamağa və komandaya kömək etməyə hazıram, amma necə olacağını bilmirəm. Həm klubda, həm də yığmada heyətlə bağlı qərarı məşqçilər korpusu verir.

– "Turan Tovuz"un ötən mövsüm avrokuboklara vəsiqə qazana bilməməsi azarkeşlər tərəfindən narazılıqla qarşılanmışdı. Sizcə, komanda bu mövsüm tovuzlu fanatların gözləntilərini tam doğrulda biləcəkmi?

– Təəssüf ki, keçən mövsümü izləməmişəm, komandanın necə oynadığını görməmişəm. Bilirəm ki, avrokuboklara düşmək üçün az bir şey çatmayıb. Amma indi gördüklərimə əsaslanaraq deyə bilərəm ki, hər şeyi düzgün etsək, uğur qazanmaq üçün böyük şansımız var – komandada laqeyd adam yoxdur. Bütün gücümüzlə oynayacağıq. Azarkeşlərimizə böyük təşəkkür düşür, onların dəstəyini hər oyunda hiss edirik.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Dünən, 20:58

Qarabağ məşqçisi Qurban Qurbanov: “Zirə ilə 3:1 qalibiyyəti, milli oyunçuların yüklənməsi və gələcək qarşılaşmalar üçün möhkəm hazırlıq vacibdir”

Futbol
Dünən, 20:17

Litva millisinin baş məşqçisi: “Biz Bakıdakı matça qələbə ilə çıxacağıq”

Futbol
Dünən, 20:14

Azərbaycan U-20 millisi Moldovaya qarşı 1:0 məğlubiyyət aldı;

Futbol
Dünən, 19:56

“Qəbələ” Yapon U‑20 yığmasına 1:3 hesabı ilə məğlub oldu

Qarabağ FK
Dünən, 19:26

Qarabağ, Zira üzərində 3:1 qalibiyyəti ilə üstünlük qazandı

Futbol
Dünən, 17:45

Rahid Əmirquliyev: Heyətin potensialı qələbələrə yol açır

Futbol
Dünən, 16:30

“Qəbələ” heyətinə albaniyalı yarımmüdafiəçi Endri Çekiçi qatıldı

Gimnastika
Dünən, 11:25

İtaliyada keçirilən 5-ci Aere Trampoline Cup turnirində Azərbaycan gimnastları beş qızıl və bir gümüş medal qazandı

Futbol
Dünən, 11:12

Müdafiəçi Rüfət Abbasov: "Yalnız qələbə üçün hazırıq"

Futbol
Dünən, 11:07

Ayxan Abbasov: Litva qarşısında daha yaxşı oyun göstərməliyik

Futbol
Dünən, 09:00

U-20 millimiz Qəbələdə Moldova ilə yoldaşlıq oyunu keçirir

Futbol
Dünən, 08:00

Liverpool, Alman futbolçu Florian Wirtzi performansını yaxşılaşdırmasa, 2027-ci ildə transferə çıxara bilər

Futbol
Dünən, 05:10

Barcelona Artur Diasın transferi üçün Rafinha’dan kömək gözləyir

Futbol
Dünən, 03:18

Juventusun Bruno Fernandesi transferi üçün 50‑60 milyon avro tələb – ciddi maliyyə maneəsi

Futbol
Dünən, 02:14

Edin Çeko milli komandadakı son oyununu fəxri dəhlizlə başa çatdırdı

Futbol
Dünən, 01:38

Levandovski 7 il sonra Polşa millisində hat-trik vurdu

Futbol
Dünən, 01:02

Tottenham və Liverpool Kaoru Mitomanı transfer üçün maraqlandırır

Futbol
Dünən, 00:43

Luis de la Fuente, Ronaldun Portuqaliya millisinin düşərgəsini tərk etməsi barədə şərh verməkdən imtina etdi

Futbol
02 oktyabr 2026, 22:55

U-20 milli komanda baş məşqçisi: Yolumuz hələ əvvəlində, Moldova ilə dostluq matçı yaxınlaşır

Futbol
02 oktyabr 2026, 21:58

Nunu Mendeş, Ronaldun milli komandadan ayrılmasına münasibətini açıqladı

Minifutbol
02 oktyabr 2026, 21:26

U-19 futzal millimiz Xorvatiya, Ukrayna və Yunanıstanla bir qrupda

Futbol
02 oktyabr 2026, 20:57

PSJ hücumçusu Ferran Torres İspaniya millisində zədələnib

Basketbol
02 oktyabr 2026, 20:38

Sumqayıt, NTD-ni 111:94 hesabı ilə məğlub etdi;

Futbol
02 oktyabr 2026, 17:31

Neftçi dostluq oyununda Araz‑Naxçıvanı 2‑0 məğlub etdi

Oxşar xəbərlər