top
Oleq Baklov: Hazırda çempionluq yox, növbəti oyun barədə düşünürük Idman.biz
19 avqust 2025, 10:38
- ↺ +

Oleq Baklov: "Hazırda çempionluq yox, növbəti oyun barədə düşünürük"

"Turan Tovuz"un yeni qapıçısı Oleq Baklovun Futbolxeber.az saytına müsahibəsi

- Mövsümün ilk turunda "İmişli" üzərində qələbə qazandınız. Görüşü necə şərh edərdiniz?

- Çətin oyun alındı. 90 dəqiqə boyu üstünlük bizim tərəfimizdə idi. Lakin heç cür rəqib qapısına yol tapa bilmirdik. Yaxşı ki, sonda istəyimizə çatdıq və qələbə qazandıq.

- İlk turda Azərbaycan çempionatında debüt etdiniz. Yeni komanda, yeni mühit – artıq tam uyğunlaşa bilmisiniz?

- Bir qədər zamana ehtiyac var. Hamı ilə tanış olmuşam. Futbolçuların adlarını əzbərləmişəm. Bəli, mənim üçün yeni komandadır, yeni ölkədəyəm. Uyğunlaşmaqla bağlı heç bir problem yoxdur. Ümumilikdə "Turan Tovuz"da hər şey əladır.

- Mövqeyinizdəki rəqabəti necə dəyərləndirirsiniz?

- Rəqabət peşəmizin bir hissəsidir. Yalnız bu halda inkişaf etmək olar.

- "Turan Tovuz"a keçidiniz necə alındı? Kurban Berdıyev amili transferdə nə dərəcədə rol oynadı?

- Agentim bildirdi ki, belə bir təklif var, "Turan Tovuz" mənimlə maraqlanır. Danışıqlar uğurlu alındı və keçidim baş tutdu. O ki qaldı Kurban Berdıyevə, əlbəttə, onu tanıyıram. Çox yaxşı, təcrübəli mütəxəssisdir.

- "Turan Tovuz"un hədəfi çempionluqdur. Bu, nə dərəcədə realdır?

- Hazırda çempionluq yox, növbəti oyun barədə düşünürük. Görüşdən görüşə inkişaf etmək istəyirik. Məqsədimiz hər matçda qələbə qazanmaqdır. Xalları isə mövsümün sonunda sayacağıq.

- Azərbaycan futbolu haqda hansı məlumatlara sahibsiniz?

- "Qarabağ"ın gücü hamıya məlumdur. Bu komanda kifayət qədər tanınır. Amma Azərbaycan çempionatını daha əvvəl elə də çox izləməmişəm. Mənim üçün yeni birincilikdir.

- Bəzi legionerlər Azərbaycana gələrkən burada "bir ayaqla" oynayacaqlarını düşünürlər...

- Xeyr, asan olmayacağı dəqiqdir. Üstəlik, bu mövsümdən legioner limiti də yoxdur. Bu səbəbdən də xeyli sayda yaxşı oyunçu gəlib. Elə ilk turda çempionata yeni yüksəlmiş komanda ilə oyunumuz çox çətin alındı. Bu da çempionatdakı rəqabətin göstəricisidir.

- Komandanız bir müddət oyunlarını doğma stadionda keçirməyəcək. Bu amil çıxışınıza nə dərəcədə təsir edəcək?

- Əlbəttə, komandanın adı "Turan Tovuz"dursa, oyunlarını Tovuzda keçirsə, daha yaxşıdır. Azarkeşlər bizim üstünlüyümüzdür. Lakin qorxulu heç nə yoxdur. Bu, müvəqqəti haldır. Üstəlik, sadiq fanatlarımız var və onlar bizi səfərdə də dəstəkləyirlər. Eynən "İmişli" ilə matçda olduğu kimi.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Futbol
Bu gün, 01:20

Flick, Rafinyanın Barcelona ilə yeni müqaviləsini təqdir etdi

Futbol
Bu gün, 00:58

Bröndbü azarkeşləri Kopenhagen derbisində geniş pirotexniki şou təşkil ediblər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Futbol
Dünən, 23:18

Sabahın keçmiş kapitanı: Barselona adlarından çəkinməmək lazımdır

Gimnastika
Dünən, 23:06

Azərbaycan gimnastikası Nankində bir qızıl və iki gümüş medalla dünya çempionatını qazanıb

Futbol
Dünən, 22:58

Sabah 2-2 Şamaxı matçı video

Minifutbol
Dünən, 22:58

Elvin Quliyev: “Latviya qarşısında 1:5 məğlubiyyətdə həyəcan var idi, standart vəziyyətlərdə ciddi səhvlər buraxdıq”

Qarabağ FK
Dünən, 22:28

Şəfa-2 və Kəpəz-2 arasında 1:1 heç‑heçə

Digər
Dünən, 22:05

Azərbaycan futzal yığması Latviya ilə 5:1 məğlubiyyət alıb

Oxşar xəbərlər