top
Nyukaslın müdafiəçisi Den Bern: Qarabağla oyun öncəsi motivasiya yüksəkdir Idman.biz
16 fevral 2026, 15:14
- ↺ +

"Nyukasl"ın müdafiəçisi Den Bern: "Qarabağ"la oyun öncəsi motivasiya yüksəkdir

İngiltərənin "Nyukasl" klubu mərkəz müdafiəçisi Den Bern fevralın 18-də Bakıda keçiriləcək Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ"a qarşı matç öncəsi yüksək əhval-ruhiyyədədir.

İdman.Biz xəbər verir ki, İngiltərə Kubokunun 1/16 finalında "Aston Villa" üzərində qazanılan 3:1 hesablı qələbədən sonra beş ildir "sağsağanlar"ın formasını geyinən futbolçu son görüşdəki müsbət ovqatı Azərbaycan paytaxtına səfərə də daşımaq istəyir.

"Mövsüm üçün böyük hədəfimiz Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlmək idi. İstədiyimizə nail olduq və indi yolumuza davam edirik. "Qarabağ" haqqında çox məlumatımız yoxdur, amma Avropanın əsas klub turnirində yeni məkanlarda oynamaq həmişə maraqlıdır", - deyə, boyu 201 sm olan müdafiəçi bildirib.

Bern həmçinin komanda liderlərinin təşkil etdiyi görüşün mövsümə yeni təkan verməsindən danışıb. Cəmi bir həftə əvvəl vəziyyət kifayət qədər gərgin idi: klub "Sent-Ceyms Park"da "Brentford"a 2:3 hesabı ilə uduzmuş və turnir cədvəlinin aşağı yarısına düşmüşdü. Bu isə Liqa Kubokundan kənarlaşmadan cəmi bir neçə gün sonraya təsadüf edirdi. Lakin o vaxtdan bəri "Nyukasl" "Tottenhem"lə oyunda (2:1) üç xal qazanıb, İngiltərə Kubokunun dördüncü raundunda "Aston Villa"nı məğlub edərək 1/8 finala yüksəlib. Komanda indi yarımfinalların keçirildiyi "Uembli"yə cəmi iki addım uzaqlığındadır.

Bernin sözlərinə görə, bu qələbələr qapalı qapılar arxasında keçirilən "böhran" görüşü olmadan mümkün olmazdı.

"Öz aramızda - futbolçular və məşqçilər heyəti olaraq danışdıq. Deyəsən, mövsümdə bir dəfə elə məqam olur ki, bir neçə sərt, amma səmimi söz səslənir. Bu, hamı üçün bir növ yenilənmə effekti yaradır. Əvvəllər nəyi yaxşı etdiyini təhlil edir və nəyə qayıtmaq istədiyini anlayırsan. Hamı bir-birinə dayaq olur və dəstək verir. Bəlkə də bu, iki ideal oyun deyildi, amma iki qələbə idi", - deyə müdafiəçi etiraf edib.

İngiltərə Kuboku mart ayına qədər fasiləyə çıxdığından "Nyukasl" diqqətini Çempionlar Liqasına yönəltməlidir. Qarşıda Bakıya - "Qarabağ"la oyuna səfər var və komandaya təxminən 2 000 "sağsağan" azarkeşi dəstək verəcək. Bern hesab edir ki, "Aston Villa" üzərində qələbə səfər öncəsi əlavə motivasiya yaradır. "Bu, hər baxımdan yaxşı oyun idi. Bizə impuls verdi. Səfərdə iki qələbə qazandıq. Bilirəm ki, səfər oyunlarımızla bağlı çox danışılırdı. Amma bu, əladır - və indi irəli, "Qarabağ"la oyuna", - deyə Bern fikrini yekunlaşdırıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:19

“Kristal Palas”ın baş məşqçisinin işdən çıxması gözlənilir

Futbol
Bu gün, 14:00

“Sabah” klubunun rəhbəri Ramin Həsənov “TransferRoom” mükafatının “İlin rəhbəri” namizədləri arasında!

Futbol
Bu gün, 13:47

Şirvan – Marafon oyunu yağış səbəbindən təxirə salına bilər

Olimpiada
Bu gün, 13:29

Dakar'da Azərbaycançılar iki qızıl medal qazanıb

Futbol
Bu gün, 13:25

22 yaşlı portuqaliyalı vinger Karlos Forbes üçün yarış: "Arsenal", "Tottenhem", "Mançester Yunayted", "Roma" və "Fiorentina" maraqlıdır

Futbol
Bu gün, 13:07

Mahir Emreli Polşada 'Legiya' matçında yüksək performans göstərdi

Futbol
Bu gün, 13:00

Şəfa kapitanı: 2:2 matçda hakimlərdən 5 xal itirdi, haqsızlıq edilib

Güləş
Bu gün, 12:50

Dünya Güləş Birliyinin Dakar yarışlarında Azərbaycanlı güləşçilər qızıl medal qazanıb

Futbol
Bu gün, 12:30

Şirvan – Marafon qarşılaşması II Liqada

Futbol
Bu gün, 12:30

Kozo Taşima FIFA prezidenti olmaq üçün namizədlik açıb, İnfantinoya rəqib olacaq

Basketbol
Bu gün, 12:15

Polina Şukina Azərbaycan Milli Basketbol Komandasından “Basketball Without Borders” proqramına qatılacaq

Futbol
Bu gün, 12:15

Biləsuvar 7:1 qələbə ilə AFFA Region Liqasının yeni mövsümünü başladı

Futbol
Bu gün, 12:01

Höness Musiala'nın əvvəlki səviyyəsinə qayıtması şübhəlidir

Futbol
Bu gün, 12:00

Sultanov: Müdafiə səhvləri məşqçilərin öhdəliyindədir

Futbol
Bu gün, 11:46

Azərbaycan İkinci Liqasında 10-cu turun 9 noyabrda üç qarşılaşma

Şahmat
Bu gün, 11:31

Vüqar Rəsulov II Beynəlxalq Prezident Kubokunda 60 min dollarlıq mükafat fondu ilə yarışacaq

Voleybol
Bu gün, 11:04

Maritsa Tovuzda Turanla cavab oyunu üçün yollandı

Qarabağ FK
Bu gün, 11:00

XI turun yekunu: Qarabağda sürpriz məğlubiyyət, Neftçi liderlikdə, Sabah və Turan Tovuz bərabərliklə zirvəyə yaxınlaşıb

Futbol
Bu gün, 10:57

Şəhidin anası Qubada Vətən Naminə futbol klubunu təsis etdi

Qarabağ FK
Bu gün, 10:30

Şamaxı 200-dən artıq heç-heçəni qeyd edib – Azərbaycan çempionatının 3‑cü komandası

Futbol
Bu gün, 10:20

Manchester United 73‑illik antirekordu təkrarladı

Futbol
Bu gün, 10:11

Messi'nin Florida həyat tərzi: Fort Lauderdale'də 10,75M dollarlıq villa və ailə həyatı

Futbol
Bu gün, 10:06

40 yaşlı Vozinya Çili çempionatında həlledici seyvi ilə qalib gəldi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi – Kəpəz” matçı turun ən çox izlənən qarşılaşması oldu

Oxşar xəbərlər