top
Nyukaslın baş məşqçisi Eddi Hau Qarabağ oyunu öncəsi fikirlərini bölüşdü Sport24.az
17 fevral 2026, 20:54
- ↺ +

"Nyukasl"ın baş məşqçisi Eddi Hau "Qarabağ" oyunu öncəsi fikirlərini bölüşdü

Çempionlar Liqasının pley-off mərhələsində sabah keçiriləcək "Qarabağ" – "Nyukasl" oyunundan öncə İngiltərə təmsilçisinin baş məşqçisi Eddi Hau jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölşüdü…

 

– Hazırda heyətlə bağlı ciddi problemlərimiz yoxdur. Oyunçularımız yerindədir. Bakıya gözəl əhvalda gəlmişik. Son oyunlarda yaxşı nəticələr qazanırıq.

 

– "Qarabağ" iki İngiltərə komandasına qarşı oynayıb. "Çelsi" və "Liverpul". Sizcə, bu matçlardan hansı sizə hazırlığa kömək oldu?


– "Qarabağ"ı ciddi araşdırmışıq. Hazırlıq üçün iki oyunu da təhlil etmişik. "Qarabağ" yaxşı oyun göstərir, texnikalı futbolçuları var. Maraqlı oyun olacaq. "Çelsi" ilə matç hər iki komanda üçün çətin idi. Bu oyuna da baxdıq. "Qarabağ"ın səviyyəsi ilə bağlı müəyyən məlumatlar aldıq.

 

– Bu oyunun əhəmiyyəti ilə bağlı nə deyə bilərsiniz?


– Hər şey bizim üçün vacibdir. Tarixə baxsaq, klubumuz üçün yeni imkan var. Son matçlarda yaxşı çıxış edirik. İrəli getmək istəyirik. Şansımızdan yaxşı istifadə etməyə çalışacağıq. Tarixi şansımız var, pley-offdayıq. Uzaq yoldan gəlmişik, azarkeşlərimiz də artıq burdadır. Burdan pozitiv şəkildə ayrılmaq istəyirik.

 

– Qarşıda "Mançester Siti" ilə matç var…


– Hazırda bu haqda düşünmürük. Onlara qarşı oyunumuz da çox çətin olacaq.

 

– Çətin təqviminiz var. Heyətdəki itkiləri də nəzərə alaraq, sabah ehtiyat oyunçulara şans verməyi düşünürsünüz?


– Bəli, çətin oyunlarımız var. Təqvimi nəzərə almışıq. Əlimizdən gələni edəcəyik ki, hər şeyi tənzimləyək.

 

– "Qarabağ"ın oyun üslubu Premyer Liqa komandalarınınkına bənzəyir?


– "Qarabağ"ın aqressiv oyunu var. Müqayisə etmək çətindir. Hər klubun özünəməxsus oyunu var.

 

– Hədəfləriniz nədir?


– Hədəflərimiz var, arzularımız böyükdür. Özümüzə inanırıq. Kollektiv olaraq məsələyə yanaşırıq. Hər şey qaydasındadır.

 

– Hansısa neqativ məqamlar var?


– Xeyr, səyahətimiz yaxşı keçdi. Yorğunluq yoxdur.

 

– "Qarabağ"da xüsusi diqqət etdiyiniz oyunçu var?


– Kimisə fərqləndirmək istəməzdim. Öz oyunumuzu oynayacağıq. Konret ad çəkmək istəmirəm. Bizim də texnikalı oyunçularımız var.

 

– "Nyukasl"a gəlişinizdən sonra komandada inkişaf var. Qurban Qurbanov da 17 ildir, "Qarabağ"ı çalışdırır. Onu araşdırmısınızmı, fikirləriniz necədir?


– Açığı, ciddi araşdırmam olmayıb. Bir komandada bu qədər uzun müddət qalırsansa, hörmətə layiqsən. Komandanı motivasiya etməsi, əlaqələri təqdir ediləcəkdir. Çempionlar Liqasında yaxşı nəticə göstəriblər. Özlərinə məxsus oyun üslubları var. Oyunlarına baxmaq maraq doğurur. Ona görə "Qarabağ"a qarşı oyun asan olmayacaq.

 

– "Nyukasl"ın "Qarabağ"dan transfer etmək istədiyi bir oyunçu ola bilər?


– Gözümüz açıqdır, diqqətli oluruq. İndi burda konkret nəsə demək istəməzdim. Baxdığımız, izlədiyimiz oyunçu yoxdur. "Qarabağ"ın heyəti yaxşıdır. "Liverpul"la oyun onlar üçün çətin oldu. Tam izlədiyimiz kimsə yoxdur. Cinahlarda yaxşı futbolçuları var.

 

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:07

Mahir Emreli Polşada 'Legiya' matçında yüksək performans göstərdi

Futbol
Bu gün, 13:00

Şəfa kapitanı: 2:2 matçda hakimlərdən 5 xal itirdi, haqsızlıq edilib

Güləş
Bu gün, 12:50

Dünya Güləş Birliyinin Dakar yarışlarında Azərbaycanlı güləşçilər qızıl medal qazanıb

Futbol
Bu gün, 12:30

Şirvan – Marafon qarşılaşması II Liqada

Futbol
Bu gün, 12:30

Kozo Taşima FIFA prezidenti olmaq üçün namizədlik açıb, İnfantinoya rəqib olacaq

Basketbol
Bu gün, 12:15

Polina Şukina Azərbaycan Milli Basketbol Komandasından “Basketball Without Borders” proqramına qatılacaq

Futbol
Bu gün, 12:15

Biləsuvar 7:1 qələbə ilə AFFA Region Liqasının yeni mövsümünü başladı

Futbol
Bu gün, 12:01

Höness Musiala'nın əvvəlki səviyyəsinə qayıtması şübhəlidir

Futbol
Bu gün, 12:00

Sultanov: Müdafiə səhvləri məşqçilərin öhdəliyindədir

Futbol
Bu gün, 11:46

Azərbaycan İkinci Liqasında 10-cu turun 9 noyabrda üç qarşılaşma

Şahmat
Bu gün, 11:31

Vüqar Rəsulov II Beynəlxalq Prezident Kubokunda 60 min dollarlıq mükafat fondu ilə yarışacaq

Voleybol
Bu gün, 11:04

Maritsa Tovuzda Turanla cavab oyunu üçün yollandı

Qarabağ FK
Bu gün, 11:00

XI turun yekunu: Qarabağda sürpriz məğlubiyyət, Neftçi liderlikdə, Sabah və Turan Tovuz bərabərliklə zirvəyə yaxınlaşıb

Futbol
Bu gün, 10:57

Şəhidin anası Qubada Vətən Naminə futbol klubunu təsis etdi

Qarabağ FK
Bu gün, 10:30

Şamaxı 200-dən artıq heç-heçəni qeyd edib – Azərbaycan çempionatının 3‑cü komandası

Futbol
Bu gün, 10:20

Manchester United 73‑illik antirekordu təkrarladı

Futbol
Bu gün, 10:11

Messi'nin Florida həyat tərzi: Fort Lauderdale'də 10,75M dollarlıq villa və ailə həyatı

Futbol
Bu gün, 10:06

40 yaşlı Vozinya Çili çempionatında həlledici seyvi ilə qalib gəldi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi – Kəpəz” matçı turun ən çox izlənən qarşılaşması oldu

Digər
Bu gün, 09:46

İkiqat Olimpiya çempionu evindəki yanğın nəticəsində yanıq xəsarətləri aldı

Futbol
Bu gün, 09:40

Ronald Arauxo hələ gələcəyinə qərar vermədi

Futbol
Bu gün, 09:33

Mançester Yunayted, 2027 yay transferi üçün Murilloni araşdırır

Futbol
Bu gün, 09:33

Şamaxı futbolçusu Uğur Cahangirov müdafiə problemlərini vurğuladı

Minifutbol
Bu gün, 09:20

İspaniya "Futsal Finalissima" turnirində Braziliyanı 3:0 məğlub edərək qalib gəldi

Oxşar xəbərlər