"Nyukasl"ın yarımmüdafiəçisi Şon Lonqstaff karyerasını "Lids"də davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı britaniyalı ilə 4 illik müqavilə imzalanıb. "Transfermarkt" portalı sövdələşmənin 13,8 milyon avroya razılaşdırıldığını bildirib.
Qeyd edək ki, Lonqstaff ötən mövsüm "sağsağanlar"ın heyətində 32 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.