Fevralın 24-də Nyukasl-apon-Tayn şəhərindəki "Sent-Ceyms Park" stadionunda "Nyukasl" və "Qarabağ" arasında Çempionlar Liqası pley-off mərhələsinin ikinci oyunu baş tutacaq.
İdman.Biz bildirir ki, oyun Bakı vaxtı ilə saat 23:59-da başlayacaq.
İlk oyunda "sağsağanlar" Ağdam klubunu 6:1 hesabı ilə məğlub ediblər.
Bu gün İngiltərə klubu oyun öncəsi özünün son məşqinə çıxıb.