İngiltərə Premyer Liqasının 7-ci turunda "Nyukasl" "Nottinqem Forest" üzərində 2:0 hesabı ilə qalib gəlib.
İdman.biz xəbər verir ki, görüşdə hesabı 58-ci dəqiqədə yarımmüdafiəçi Bruno Qimaraeş açıb. 84-cü dəqiqədə isə Nik Voltemade penaltidən fərqlənərək komandasının üstünlüyünü iki topa çatdırıb.
Qeyd edək ki, bu qələbədən sonra "Nyukasl" 9 xalla turnir cədvəlinin 11-ci pilləsində, 5 xala malik "Nottinqem Forest" isə 17-ci yerdə qərarlaşıb.