"Nyukasl" komandası "Qarabağ"la matça fokslanıb.
"Report"un məlumatına görə, bunu "Nyukasl" klubunun futbolçusu Antoni Elanqa"Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
Hücumçu Bakıdakı ilk matçda sərfəli nəticə qazanmaq istədiklərini söyləyib:
"Komandamızın uğur qazanması üçün çalışırıq. Sabahkı maçta fokslanmışıq. İnanırıq ki, istədiiymiz nəticəni əldə edəcəyik".
Qeyd edək ki, görüş fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.