top
Nyukasl azarkeşləri Bakı səfəri və Qarabağla oyun barədə: Biabır ola bilərik Idman.biz
17 fevral 2026, 11:57
- ↺ +

"Nyukasl" azarkeşləri Bakı səfəri və "Qarabağ"la oyun barədə: "Biabır ola bilərik"

İngiltərənin "Nyukasl" klubunun azarkeşləri son günlər sosial şəbəkələrdə Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Ağdamın "Qarabağ" komandası ilə qarşılaşmaq üçün Bakıya səfəri fəal şəkildə müzakirə edirlər.

İdman.Biz xəbər verir ki, ingilis fanatları üçün ən çox sual doğuran məsələ logistika ilə bağlıdır.

Belə ki, azarkeşlərdən biri istehzalı şəkildə yazıb: "Nyukasldan Bakıya necə çatmağı anlamağa çalışan hər kəsə uğurlar. Üç uçuşdan azla çatmağı bacarsanız, ikiqat xal qazandınız".

Ayrı mövzu kimi komandaya dəstək verməyə gələcək azarkeşlərin sayı müzakirə olunur. Azarkeş və "YouTube" kanalının müəllifi Adam Pirson artıq Azərbaycana yola düşdüyünü bildirib və Bakıya "Nyukasl"ın iki mindən çox fanatının gələcəyini açıqlayıb.

Müzakirələrdə Bakı ilə bağlı kifayət qədər müsbət fikirlər də yer alıb. Daha əvvəl ölkəmizdə çalışdığını iddia edən azarkeşlərdən biri qeyd edib:

"Bakı əla şəhərdir. Üstəlik, müxtəlif idman tədbirləri üçün populyar məkandır, baxmayaraq ki, ora çatmaq nə asandır, nə də sürətli", - deyə fanat yazıb və həmvətənlərinə baş çəkməyi tövsiyə etdiyi bir neçə Bakı pabının adını sadalayıb.

İngilis klubunun rəqibi də az maraq doğurmayıb. Müzakirələrin birində azarkeşlərdən biri "Qarabağ"ı belə xarakterizə edib:

"Komandanın əla xarakteri və sürətli hücumları var, ən zəif nöqtəsi isə künc zərbələri və cərimə zərbələridir. "Qarabağ" müəyyən tip rəqiblərə qarşı yaxşı oynayır, lakin "Nyukasl"ın üslubu Qurban Qurbanovun komandası üçün çox narahatdır".

Bütün optimizmə baxmayaraq, fanatların bir qismi arxayınlaşmağın yolverilməz olduğunu vurğulayıb. Müzakirələrdə xatırladılıb: "Bu mövsüm onlar "Çelsi" ilə 2:2 hesablı heç-heçə edib və Çempionlar Liqasının pley-offuna yüksəliblər. Ona görə də rəqibə hörmətlə yanaşmaq və əsas heyəti meydana buraxmaq lazımdır, əks halda biabır ola bilərik. Bakıda "Qarabağ" həqiqətən güclü komandadır".

Xatırladaq ki, Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" ilə "Nyukasl" arasında ilk oyun fevralın 18-də, çərşənbə günü Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:47

Şirvan – Marafon oyunu yağış səbəbindən təxirə salına bilər

Olimpiada
Bu gün, 13:29

Dakar'da Azərbaycançılar iki qızıl medal qazanıb

Futbol
Bu gün, 13:25

22 yaşlı portuqaliyalı vinger Karlos Forbes üçün yarış: "Arsenal", "Tottenhem", "Mançester Yunayted", "Roma" və "Fiorentina" maraqlıdır

Futbol
Bu gün, 13:07

Mahir Emreli Polşada 'Legiya' matçında yüksək performans göstərdi

Futbol
Bu gün, 13:00

Şəfa kapitanı: 2:2 matçda hakimlərdən 5 xal itirdi, haqsızlıq edilib

Güləş
Bu gün, 12:50

Dünya Güləş Birliyinin Dakar yarışlarında Azərbaycanlı güləşçilər qızıl medal qazanıb

Futbol
Bu gün, 12:30

Şirvan – Marafon qarşılaşması II Liqada

Futbol
Bu gün, 12:30

Kozo Taşima FIFA prezidenti olmaq üçün namizədlik açıb, İnfantinoya rəqib olacaq

Basketbol
Bu gün, 12:15

Polina Şukina Azərbaycan Milli Basketbol Komandasından “Basketball Without Borders” proqramına qatılacaq

Futbol
Bu gün, 12:15

Biləsuvar 7:1 qələbə ilə AFFA Region Liqasının yeni mövsümünü başladı

Futbol
Bu gün, 12:01

Höness Musiala'nın əvvəlki səviyyəsinə qayıtması şübhəlidir

Futbol
Bu gün, 12:00

Sultanov: Müdafiə səhvləri məşqçilərin öhdəliyindədir

Futbol
Bu gün, 11:46

Azərbaycan İkinci Liqasında 10-cu turun 9 noyabrda üç qarşılaşma

Şahmat
Bu gün, 11:31

Vüqar Rəsulov II Beynəlxalq Prezident Kubokunda 60 min dollarlıq mükafat fondu ilə yarışacaq

Voleybol
Bu gün, 11:04

Maritsa Tovuzda Turanla cavab oyunu üçün yollandı

Qarabağ FK
Bu gün, 11:00

XI turun yekunu: Qarabağda sürpriz məğlubiyyət, Neftçi liderlikdə, Sabah və Turan Tovuz bərabərliklə zirvəyə yaxınlaşıb

Futbol
Bu gün, 10:57

Şəhidin anası Qubada Vətən Naminə futbol klubunu təsis etdi

Qarabağ FK
Bu gün, 10:30

Şamaxı 200-dən artıq heç-heçəni qeyd edib – Azərbaycan çempionatının 3‑cü komandası

Futbol
Bu gün, 10:20

Manchester United 73‑illik antirekordu təkrarladı

Futbol
Bu gün, 10:11

Messi'nin Florida həyat tərzi: Fort Lauderdale'də 10,75M dollarlıq villa və ailə həyatı

Futbol
Bu gün, 10:06

40 yaşlı Vozinya Çili çempionatında həlledici seyvi ilə qalib gəldi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi – Kəpəz” matçı turun ən çox izlənən qarşılaşması oldu

Digər
Bu gün, 09:46

İkiqat Olimpiya çempionu evindəki yanğın nəticəsində yanıq xəsarətləri aldı

Futbol
Bu gün, 09:40

Ronald Arauxo hələ gələcəyinə qərar vermədi

Oxşar xəbərlər