top
Nurlan Novruzovdan Şəki Siti ilə bağlı sərt ittihamlar: Belə klublar çempionata buraxılmamalıdır Idman.biz
16 dekabr 2025, 21:41
- ↺ +

Nurlan Novruzovdan "Şəki Siti" ilə bağlı sərt ittihamlar: "Belə klublar çempionata buraxılmamalıdır"

"Dünən oyuna ona görə çıxmadıq ki, komanda 4 aydır maaş almır. Ayıb deyilən bir şey var. Bir klub bunu necə edə bilər?"

Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycan ikinci liqasında mübarizə aparan "Şəki Siti"nin futbolçusu Nurlan Novruzov deyib.

İdman.Biz bildirir ki, "Şəki Siti" ötən gün ikinci liqanın 13-cü turunda "Qaradağ Lökbatan"la qarşılaşmalı idi. Ancaq klub oyunun başlanma saatından bir qədər əvvəl komandanın matça çıxmayacağını açıqlayıb. Səbəb isə göstərilməyib.

Komandanın təcrübəli hücumçusu N.Novruzov klubu qeyri-peşəkarlıqda ittiham edərək bildirib ki, növbəti turun oyununa da çıxmayacaqlar:

"Bunlar çempionatın əvvəlində maliyyə meyarını göstərməyib ki, filan qədər büdcəni komandaya ayırıram? Ayrılan pul futbolçuların mövsümün sonuna qədər maaşları və digər xərclər üçündür. Bu gün klub rəhbərliyi deyir ki, 270 min manat ortalıqda yoxdur. Futbolçular da 4 aydır maaş almırlar. Başa düşmürəm ki, PFL hara baxır? Futbolun İnkişafı Fondu da bu məsələdə məsuliyyət daşıyır. Niyə demirlər ki, bu pullar hanı? Həqiqədən klubda durum elə biabırçı vəziyyətdədir ki, danışılası deyil. Hansı ki, komandada Premyer Liqa səviyyəsində futbolçular var. Sonra deyirik ki, bizdə niyə futbolçu yetişmir. Çünki futbolçular bu cür məhv edilir. Komanda növbəti oyuna da çıxmayacaq. Necə çıxaq? Dörd aydır ki, komanda maaş almır.

Bu klubdan elə şeylər danışaram ki... Hansı ki, bir neçə il əvvəl olurdu belə şeylər. Klub rəhbərliyi futbolçularla bir müqavilə bağlayır, PFL-lə başqa. Dünyada görünməyən şeyləri Azərbaycan 2-ci liqasında görürəm, şoka düşürəm. Niyə buna nəzarət edilmir?

N.Novruzov qeyd edib ki, belə klublar çempionata buraxılmamalıdır: "Əlbəttə ki, ən böyük günah klub rəhbərliyindədir. Niyə belə klub rəhbərlərinə hələ də güvənilir? Neçə illər belə rəhbərliklər azərbaycanlı futbolçuları pis günə qoydular. Hələ də davam edir. Niyə? Bu gün futbolun inkişafı üçün rəhbərlikdə futbolu sevən insan olmalıdır. Danışanda deyirlər ki, cəmi 300 min manat büdcə var. Bu məbləğ 2-ci liqa üçün az pul deyil. Bu üç ayın içində 300 mini yox edənlərə də "halal" olsun. Bəs düşünmürlər ki, sabah bizdən bunun sorğusu olacaq. Qətiyyən bu haqda düşünmürlər. Çox rahatdırlar.

Başım ağrısa da, deyəcəm ki, yəqin, bunların arxasından duranlar var ki, belə hoqqa verirlər. Həqiqətən biabırçılıqdır. Soruşun ki, futbolçularınız hardadır? Biri fəhləlik edir, biri rayonda tarlada işləyir, biri taksi sürür. Onlar da bezib. Qınamıram, bəzilərinin ailələrinin durumu yaxşı deyil. Eləsi var ki, övladına uşaq bezi ala bilmir. Həqiqədən də adamın ürəyi ağrıyır. Burda danışmaq olmur, əlimizdən gələn köməkliyi də edirik. Amma hara qədər? O qədər istedadlı futbolçularımız var ki... Onlara çox heyfim gəlir".

Klub rəhbərliyini belə sərt ittiham edən N.Novruzov "Şəki Siti"dən ayrılmadığını bildirib: "Mən elə klubda ola-ola danışıram. Heç nədən qorxum yoxdur. Çünki durum çox acınacaqlıdır. Son illərdə klub sayının artması, regionlarda futbolun dirçəlməsi çox sevindiricidir. AFFA bu sahədə çox böyük iş görüb. PFL rəhbərliyində də tanıdığım adlar var ki, onların futbolu çox sevdiyini bilirəm. Yəqin ki, onların baş verənlərdən xəbəri yoxdur".

N.Novruzov klubun ona olan borcunu da açıqlayıb: "4 aydır ki, maaş vermirlər. Mənim 8 min manat alacağım var. Özünüz düşünün. Artıq heç fikir də vermirəm".

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:57

Neymar bir gündə qırmızı kart və siyasi video ilə gündəmə gəldi

Futbol
Bu gün, 12:46

Rosio Eskandell: Lamin Yamalın uğuru Rokafonda ilham yaradır

Basketbol
Bu gün, 12:40

ABL 4-cü tur: Neftçi – Gəncə, LANDAU Lions – Sumqayıt

Digər
Bu gün, 12:29

Selcan Babayeva Avropa çempionatında qızıl medalla qalib gəldi

Futbol
Bu gün, 12:13

Mançester Yunayted "Mançester Siti"nin sol cinah müdafiəçisini icarəyə götürmək istəyir

Futbol
Bu gün, 11:51

FIFA U-15 Dünya Çempionatı çərçivəsində Bakıda Kanaki‑Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası

Futbol
Bu gün, 11:15

Xviça Kvaratsxeliya İngilis klublarının təklifini rədd edib PSG-yə qoşuldu

Qarabağ FK
Bu gün, 11:13

6‑0 qalibiyyətdə altı qolun hamısını iki akademiya təmin edib: Ulduz FA‑nın üç qol, Sabah‑ın iki qol və bir dubl

Futbol
Bu gün, 11:02

Karlton Koul İndoneziyada derbiyə tankla getməsinin səbəbini açıqladı

Digər
Bu gün, 10:53

Volkanovski UFC 333-də Evloyevi nokautla məğlub edərək titulunu qorudu

Qarabağ FK
Bu gün, 10:39

“Sabah” və “Qarabağ” qarşılaşmasında Avropa təcribəsi ilə milli fokus: Kim qalib gələcək?

Futbol
Bu gün, 10:30

Neymar: Ən yaxşı dövrüm PSJ-də

Futbol
Bu gün, 10:06

Ən çox evlənən məşhur futbolçuların siyahısı

Futbol
Bu gün, 10:00

Azərbaycan U-15 milli komandası Andorra və Avstraliya ilə dünya çempionatında qarşılaşacaq

Futbol
Bu gün, 09:58

El-Klassico, Liverpul və Bayern: 25-oktyabr Avropa futbolunda əsas mübarizələr

Güləş
Bu gün, 09:35

Eldəniz Əzizli beşinci dünya çempionluğunu alaraq karyerasını tamamlamayı plan edir

Futbol
Bu gün, 09:30

Barselona və Real Madridın El Klasikosu: Spotify Camp Nouda keçiriləcək

Futbol
Bu gün, 09:28

İmişli Şamaxı ilə qarşılaşmadan əvvəl ilk qolunu hədəfləyir

Güləş
Bu gün, 09:18

Binev taekvondo federasiyasının prezidenti Sofiyada güllələnib

Güləş
Bu gün, 09:11

Azizli və Süleymanov dünya çempionatında qızıl medal üçün final görüşlərinə çıxacaqlar

Futbol
Bu gün, 09:07

Ronaldo və Messi'nin 13 Qızıl Topu: Mükafatlar və Müzakere

Qarabağ FK
Bu gün, 09:00

Mərdəkanda Sabah – Qarabağ qarşılaşmasında kim üstünlük qazanacaq?

Futbol
Bu gün, 08:40

Chelsea və Liverpoolun 18 yaşlı müdafiəçi Daniele Bançakıya marağı

Futbol
Bu gün, 08:20

Pələnglər Şirlərə qarşı Misli Premier Liqası 9-cu turunda

Oxşar xəbərlər