top
Nurlan İbrahimov: Qarabağ Nyukasla qarşı oyuna tam hazır olmaya bilər Idman.biz
18 fevral 2026, 15:52
- ↺ +

Nurlan İbrahimov: "Qarabağ" "Nyukasl"a qarşı oyuna tam hazır olmaya bilər

"Kağız üzərində hər nə qədər "Nyukasl" favorit sayılsa da, "Qarabağ" bu oyuna məğlub olmaq üçün çıxmayacaq".

Bu sözləri Ağdam təmsilçisinin keçmiş mətbuat katibi Nurlan İbrahimov deyib.

O, "Qarabağ"ın Bakıda İngiltərə təmsilçisi "Nyukasl"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu ilə bağlı fikirlərini bölüşüb.

"Bir məqam var ki, Azərbaycan futbolunun ən önəmli qarşılaşmalarından biri ərəfəsində "Qarabağ" mental baxımdan oyuna tam hazır olmayacaq. Bunu komandanın baş məşqçisi Qurban Qurbanov da son oyundan sonra vurğulayıb. Təxirəsalma məsələsinin uzanması və Qubadakı meydança amili ilə bağlı müzakirələr komandanın psixoloji hazırlığına təsir göstərə bilər.

"Nyukasl"ın premyer-liqada işləri yaxşı getmir. Uzun illərdən sonra Çempionlar Liqasında bu mərhələyə yüksəliblər və mövsümü xilas etmək üçün bu turnir onlar üçün son şans sayıla bilər. Hətta növbəti mövsümdə Çempionlar Liqasından kənarda qalmaq ehtimalları da yüksəkdir. Buna görə də "sağsağanlar" üçün bu oyun böyük əhəmiyyət daşıyır.

Heyət və potensial baxımından "Nyukasl" İngiltərə Premyer Liqasında daha yüksək yerlər üçün uyğun komandadır. Xüsusilə cinah oyunçuları çox sürətlidir. Hücum xəttində isə İsaakın Liverpul transferindən sonra əvvəlki sabitlik hiss olunmur. Bununla belə, komandanın rotasiya imkanları genişdir.

Bu isə o demək deyil ki, "Qarabağ"ın "Nyukasl" qarşısında şansı yoxdur. Şərtlər nə qədər "Nyukasl"ın xeyrinə olsa da, idman xoşbəxtliyi bir qədər "Qarabağ"ın yanında olsa, daha bir möcüzə baş verə bilər. Pley-off mərhələsinin möcüzəsi içində yeni bir möcüzə yaşana bilər", - deyə o, offsideplus.az-a açıqlamasında bildirib.

Qeyd edək ki, görüş bu gün saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionu start götürəcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 12:50

Dünya Güləş Birliyinin Dakar yarışlarında Azərbaycanlı güləşçilər qızıl medal qazanıb

Futbol
Bu gün, 12:30

Şirvan – Marafon qarşılaşması II Liqada

Futbol
Bu gün, 12:30

Kozo Taşima FIFA prezidenti olmaq üçün namizədlik açıb, İnfantinoya rəqib olacaq

Basketbol
Bu gün, 12:15

Polina Şukina Azərbaycan Milli Basketbol Komandasından “Basketball Without Borders” proqramına qatılacaq

Futbol
Bu gün, 12:15

Biləsuvar 7:1 qələbə ilə AFFA Region Liqasının yeni mövsümünü başladı

Futbol
Bu gün, 12:01

Höness Musiala'nın əvvəlki səviyyəsinə qayıtması şübhəlidir

Futbol
Bu gün, 12:00

Sultanov: Müdafiə səhvləri məşqçilərin öhdəliyindədir

Futbol
Bu gün, 11:46

Azərbaycan İkinci Liqasında 10-cu turun 9 noyabrda üç qarşılaşma

Şahmat
Bu gün, 11:31

Vüqar Rəsulov II Beynəlxalq Prezident Kubokunda 60 min dollarlıq mükafat fondu ilə yarışacaq

Voleybol
Bu gün, 11:04

Maritsa Tovuzda Turanla cavab oyunu üçün yollandı

Qarabağ FK
Bu gün, 11:00

XI turun yekunu: Qarabağda sürpriz məğlubiyyət, Neftçi liderlikdə, Sabah və Turan Tovuz bərabərliklə zirvəyə yaxınlaşıb

Futbol
Bu gün, 10:57

Şəhidin anası Qubada Vətən Naminə futbol klubunu təsis etdi

Qarabağ FK
Bu gün, 10:30

Şamaxı 200-dən artıq heç-heçəni qeyd edib – Azərbaycan çempionatının 3‑cü komandası

Futbol
Bu gün, 10:20

Manchester United 73‑illik antirekordu təkrarladı

Futbol
Bu gün, 10:11

Messi'nin Florida həyat tərzi: Fort Lauderdale'də 10,75M dollarlıq villa və ailə həyatı

Futbol
Bu gün, 10:06

40 yaşlı Vozinya Çili çempionatında həlledici seyvi ilə qalib gəldi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi – Kəpəz” matçı turun ən çox izlənən qarşılaşması oldu

Digər
Bu gün, 09:46

İkiqat Olimpiya çempionu evindəki yanğın nəticəsində yanıq xəsarətləri aldı

Futbol
Bu gün, 09:40

Ronald Arauxo hələ gələcəyinə qərar vermədi

Futbol
Bu gün, 09:33

Mançester Yunayted, 2027 yay transferi üçün Murilloni araşdırır

Futbol
Bu gün, 09:33

Şamaxı futbolçusu Uğur Cahangirov müdafiə problemlərini vurğuladı

Minifutbol
Bu gün, 09:20

İspaniya "Futsal Finalissima" turnirində Braziliyanı 3:0 məğlub edərək qalib gəldi

Futbol
Bu gün, 09:00

Pyer Saj bu mövsümdə Premyer Liqada istefaya göndərilən ilk baş məşqçi ola bilər

Futbol
Bu gün, 08:40

Manuel Noyer ən azı ilin sonuna qədər meydandan uzaq qalacaq

Oxşar xəbərlər