top
Nüqzar Kvirtiya: Odur ki, Yusif bu gün matçın ən yaxşısı idi. Sport24.az
02 avqust 2024, 10:00
- ↺ +

Nüqzar Kvirtiya: "Odur ki, Yusif bu gün matçın ən yaxşısı idi".

"Bu gün 130 dəqiqədən artıq gərgin, həyəcanlı oyun izlədik. 2 raundlu qarşıdurma, 12 qol və sonda penaltilər seriyası... Yaxşı ki, sonda "Sabah" qalib gəldi. Deyərdim ki, "Bank Respublika Arena"da keçən matç Konfrans Liqasının ən maraqlı, yaxşı və həyəcanlı qarşıdurması oldu. Təbii ki, ilk oyunda "Makkabi"nin məğlubiyyəti mənim üçün gözlənilməz idi. Səfərdə üstün oyun sərgiləməklə böyük hesablı qələbə qazanan "Sabah"ın bugünkü matçı da gözlənilməz oldu. Görünən odur ki, İsrail klubu heç cür məğlubiyyətlə barışmaq niyyətində deyildi və bunu da üstün performansları və vurduqları qollarıyla nümayiş etdirdilər. Nə qədər çətin olsa da, "bayquşlar" məğlubiyyətdən qaça bildilər və penaltilər seriyasında bəxtləri gətirdi". Bu sözləri Sport24.az-a açıqlamasında Nüqzar Kvirtiya deyib.

Veteran futbolçu oyunun əsas qəhramanının və "bayquşlar"ın xilaskarının Yusif İmanov olduğunu vurğulayıb: "Bu gün meydan sahibləri qapısında 6 qol görsə də, qolkiperin səhvi yoxdu. Rəqib bütün qollarını cərimə meydançasındakı boşluqlardan istifadə edərək vurdu. Həqiqətə qalsa, bu gün Yusifin sayəsində "Sabah" oyunu penaltilər seriyasına kimi daşıya bildi. Onun səhv etmirəmsə 90+7-ci dəqiqədəki möhtəşəm seyvi olmasaydı, bu gün sevinən tərəf yəhudilər olacaqdı. "Əlcək sahibi"nin "lotoreya"da seyvini də xüsusi vurğulamaq lazımdı. Odur ki, Yusif bu gün matçın ən yaxşısı idi".

Kvirtiya digər klublarımızın avrokubokdakı çıxışına toxunub: "Qarabağ"ın gücü və təcrübəsi hamıya bəllidi. Odur ki, onların bu mövsümdə maksimum irəli gedəcəyi şübhə doğurmur. Təəssüf ki, "Sumqayıt" Konfrans Liqasıyla vidalaşdı. Amma onlar ümumi götürəndə pis oynamadı. "Zirə"nin Bakıda böyük hesabla qalib gəlməsi və səfərdə də rəqibi üstələyib mərhə adlaması, həmçinin "Sabah"ın bu gün "Makkabi" kimi güclü klubu penaltilər seriyasında mübarizədən kənarlaşdırmasını Azərbaycan futbolunda yeni səhifə və inkişaf hesab edirəm. Düşünürəm ki, "Zirə" ilə "Sabah" qarşıdakı mərhələdə də yaxşı çıxış edəcəklər".

ABDULLA İSMAYILOĞLU

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 11:00

“Qarabağ” və “Sabah”ın rəmzi komandaya seçilmədiyi məlum oldu

Voleybol
Bu gün, 10:55

Neftçi və AZERRAIL Super Liqanın dördüncü turunda 17:00-da qarşılaşacaqlar

Futbol
Bu gün, 10:40

Uotdord klubu Edvard İordanesku ilə baş məşqçi təyin olunması üçün danışıqlara başlayıb

Digər
Bu gün, 10:23

Azərbaycan İdman Akademiyası dünyada ilk 5 ulduzlu idman profilli ali təhsil müəssisəsi oldu

Futbol
Bu gün, 10:20

Genk klubunun baş məşqçisi Jess Torupu istifaya göndərildi

Qarabağ FK
Bu gün, 10:00

“Qarabağ”da yeni ayrılıq? Braziliyalı yarımmüdafiəçi Pedro Bikalyoya həm Braziliyanın, həm də Macarıstanın klubları maraq göstərir!

Futbol
Bu gün, 09:54

FIFPro 2026 Dünya Ulduzlar Komandası Açıqlanıb: Messi 18-ci dəfə seçildi

Futbol
Bu gün, 09:40

Aston Villa 19 yaşlı yarımmüdafiəçisini beş illik müqavilə ilə bağladı

Basketbol
Bu gün, 09:31

Neftçi Yunanistanın 'Mikonos' klubu ilə FIBA Avropa Kubokunda görüşəcək

Futbol
Bu gün, 09:20

Fransa klubu Yannik Kaüzakı işdən çıxarır

Basketbol
Bu gün, 09:15

Azərbaycanda qadın basketbol milli komandası Avropa çempionatı seçməsində İsveçrə ilə üz-üzə gəlir

Futbol
Bu gün, 09:08

Athletic'in 17 yaşlı futbolçusu Kristian İmqa'ya 15 Çempionlar Liqası klubu maraq göstərir

Futbol
Bu gün, 09:06

AFFA-nın Kifayət Mustafayeva UEFA-nın qadınlar Çempionlar Liqasının IV turu nümayəndəsi təyin edildi

Voleybol
Bu gün, 09:00

Xilasedici komandası CEV Çempionlar Liqasında cavab oyununa çıxır

Futbol
Bu gün, 09:00

Markus Türam Interin yeni təklif etdiyi müqavilə uzatmasını rədd etdi

Futbol
Bu gün, 08:40

Qalatasaray, Ştutqartın 40 milyon avroluq oyunçusu Bilal El Xannusuna maraq göstərir

Futbol
Bu gün, 08:20

Frankfurt Alman klubu Arno Kalimuendo üçün Nottingem Forest-dan transferi nəzərdən keçirir

Futbol
Bu gün, 08:12

“Arsenal” qış transfer pəncərəsində dörd oyunçunu nəzərdən keçirir

Futbol
Bu gün, 08:00

Cek Rudoni qışda Coventri-dən ayrılmaq üzrədir

Basketbol
Bu gün, 07:46

"Trabzonspor" basketbol komandası "Sabah" məğlubiyyəti üzündən baş məşqçi Selçuk Ernakı işdən çıxardı;

Futbol
Bu gün, 07:21

Rio Nqumoa “Çelsi”dən ayrılma səbəbini və Liverpoola keçidini izah etdi

Futbol
Bu gün, 06:13

Maktominey: Dünya çempionatının ilk oyununa iki gün qalmış ürək müdaxiləsi üçün xəstəxanada oldu

Futbol
Bu gün, 04:08

Merson, Alonsonun Estevaonu oyununa çıxarmamasını tənqid etdi

Futbol
Bu gün, 03:11

Fermin Lopes Barcelona klubunda özünü kifayət qədər dəyərləndirilmədiyini bildirir

Oxşar xəbərlər