top
Norveçli Toralın qolunu Premyer Liqada vurulmuş bir qola bənzədib İdman.biz
08 noyabr 2024, 16:41
- +

Norveçli Toralın qolunu Premyer Liqada vurulmuş bir qola bənzədib

Tanınmış norveçli jurnalist Ole Kristian Ström İdman.biz üçün özəl olaraq "Qarabağ"ın "Bode-Qlimt"ə 2:1 hesabı ilə qalib gəldiyi oyunla bağlı fikirlərini bölüşüb. VG nəşrinin əməkdaşı Toralın qolunu vaxtilə Premyer Liqada vurulmuş bir qola bənzədib:

"Bayramovun hesabı 0:1 edən qolu gözəl idi. Bododa hava çox pis olsa da, Bayramov güclü küləkdən istifadə etdi. Çox əla alındı! Demək olar ki, Metyu Taylorun "Portsmut"un heyətində 2005-ci ildə "Sanderlend"ə vurduğu qola oxşatdım".

Norveçli idman yazarı Azərbaycan çempionunun bəxtinin gətirdiyini də vurğulayıb: "Qarabağ"ın bəxti gətirdi ki, 40 dəqiqəyə kimi qol buraxmadı. "Qarabağ" Norveç qışı və süni meydanla bağlı çətin şəraitə baxmyaraq, yüksək ustalıq nümayiş etdirdi və taktiki cəhətdən çox yaxşı oynadı. Abdullah Zubirin vurduğu ikinci qol da baxımlı idi".

Ström "Qarabağ"ın müdafiədəki inamlı oyununu da qeyd edib: "Bodo-Qlimt" böyük təzyiq göstərsə də, "Qarabağ" çox yaxşı müdafiə olundu, xüsusən də Kevin Medina. Hücumda çox yaxşı komanda olan "Bodo-Qlimt" qarşı müdafiə olunmaq asan deyil. "Qarabağ"ın bəxti gətirsə də, Norveçin şimalında çox samballı oyun keçirdi. Leandro Andrade də meydana daxil olandan çox çalışdı və qələbəyə öz töhfəsini verdi".

Qeyd edək ki, Norveç mətbuatında "Qarabağ"ın qələbəsi ilə bağlı yazılar "Qlimt üçün soyuq duş", "Gözlənilməz məğlubiyyət" kimi başlıqlarla dərc olunub.

Rasim
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 18:17

Manchester United beş oyunda Premyer Liqada rekord dərəcədə az xal topladı

Futbol
Dünən, 16:52

Neftçi futbolçusu Sessi D'Almeyda Benin millisinə dəvət olundu, Argentina ilə dostluq matçı keçiriləcək

Basketbol
Dünən, 16:31

Sumqayıt basketbol klubunun yeni baş məşqçisi Uğur Özdemir təyin edildi

Basketbol
Dünən, 16:02

“Neftçi” basketbol klubu Monteneqro hücumçusu Miliç Starovlah ilə müqavilə imzaladı

Futbol
Dünən, 15:48

“Araz-Naxçıvan” klubunun baş məşqçisi Zaur İsmayılov və məşqçi Cavid Hüseynovla yollarını ayırdı

Cüdo
Dünən, 11:34

Nazim Umbayev Bakıda keçiriləcək cüdo dünya çempionatının hakimi seçildi

Futbol
Dünən, 11:16

Qadınlar Super Liqası 2026/2027 püşkatması: ilk tur cütlükləri və oyun tarixləri açıqlanıb

Boks
Dünən, 11:09

Avropa çempionatının 1/4 finalında Azərbaycan üç boksçusunun rəqibləri müəyyənləşdi

Basketbol
Dünən, 10:44

“Sumqayıt” basketbol komandası iki ABŞlı oyunçunu rəsmi olaraq transfer etdi

Qarabağ FK
Dünən, 10:26

“Neftçi” 1000-ci oyununu Qəbələyə 3:0 qalib gələrək 550-ci qələbəsi ilə qeyd etdi

Futbol
Dünən, 03:37

“Bavariya” prezidenti: “Lamin Yamal yaxşıdır, amma Harri Keyn Ballon d'Or-ə layiqdir”

Futbol
Dünən, 02:40

Barselona 18 yaşlı Alman futbolçu Lennart Karlı izləyir – qiyməti 100 milyon avro

Futbol
Dünən, 01:32

Zamiq Əliyev “Eqnatiya”nın 2:1 qələbəsində mühüm rol oynadı

Futbol
20 sentyabr 2026, 22:21

“Kəpəz”in baş məşqçisi: “Qalibiyyət üçün son nöqtəni qoymaqda çətinlik var, hələ də işlənməsi lazım olan məqamlar mövcuddur”

Futbol
20 sentyabr 2026, 22:13

Sumqayıt baş məşqçisi Kəpəzlə oyunda tribundan gələn səs-küyü “futbola qarşı hörmətsizlik” adlandırdı

Boks
20 sentyabr 2026, 21:56

Şamaxıda Azərbaycan və Əlcəzair boks komandaları 10 günlük təlim‑məşq toplanışına başladı

Futbol
20 sentyabr 2026, 21:37

Filipe Kandido: Premyer Liqanın inkişafı üçün futbola hörmət vacibdir

Şahmat
20 sentyabr 2026, 21:10

Azərbaycan şahmat komandası Romaniya ilə 2:2 barabərlik, Serbiya üzərində 3:1 qələbə qazandı

Futbol
20 sentyabr 2026, 20:25

Paskal Qross Almaniya millisindən ayrıldı

Futbol
20 sentyabr 2026, 19:21

“Araz‑Naxçıvan” baş məşqçisi Zaur İsmayılov məğlubiyyətin müdafiə səhvləri və penaltilərlə bağlı olduğunu açıqladı

Qarabağ FK
20 sentyabr 2026, 18:45

"Müdafiədəki kobud səhvlər və penaltılar barədə Zaur İsmayılovun açıqlamaları"

Boks
20 sentyabr 2026, 10:32

Boksçumuz Avropa çempionatının 1/8 finalında Ermənistan təmsilçisini məğlub edərək 1/4 finala yüksəldi

Futbol
20 sentyabr 2026, 10:09

Xabi Alonso “Çelsi”də beş oyunlu dövrdə ən az iki qol buraxma rekordunu yenilədi

Futbol
20 sentyabr 2026, 09:30

Argentina millisinin iki oyunçusu yaralanıb

Oxşar xəbərlər