top
Norveçin keçmiş qapıçısı Erik Torsvett: “Sabah” izləməkdən zövq alıram Idman.biz
Bu gün, 11:21
- ↺ +

Norveçin keçmiş qapıçısı Erik Torsvett: “Sabah” izləməkdən zövq alıram

"Vikinq"in əsas üstünlüyü Stavangerdə nadir hallarda məğlub olmasıdır".

Bunu Norveç millisinin sabiq qapıçısı, yığmanın heyətində 1994-cü ildə keçirilən dünya çempionatında çıxış etmiş, "Vikinq" və İngiltərənin "Tottenhem" komandalarının qapısını qorumuş Erik Тоrsvett AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- "Vikinq"in UEFA Çempionlar Liqasında debüt etməsi sizi nə dərəcədə təəccübləndirdi?

- 2018-ci ildə Norveçin ikinci liqasında çıxış edən bir klubun bu səviyyəyə yüksəlməsi möhtəşəm inkişafdır. Bilirəm ki, "Sabah" 2017-ci ildə yaradılıb. Bu baxımdan, onların irəliləyişi daha da təsirlidir. Ümumiyyətlə, Norveç futbolunun son 7-8 ildə keçdiyi inkişaf yolu bizim üçün inanılmazdır.

- "Sabah" klubu haqqında nə bilirsiniz? Komandanın oyunlarını izləmək imkanınız olubmu?

- "Sabah"ın çox oyunlarını izləmişəm və komandadan müsbət mənada təsirlənmişəm. Topu irəli daşıma üslubları müəyyən mənada "Budyo-Qlimt"in oyununu xatırladır. Komandanın aydın futbol fəlsəfəsi var və rəqibindən asılı olmayaraq öz oyun kimliyinə sadiq qalır. Hətta "Old Trafford"da "Mançester Yunayted"ə qarşı da belə çıxış ediblər. Bununla belə, rəqibin cərimə meydançasının ön xəttinə yaxınlaşdıqda bəzən hücumları tamamlamaqda çətinlik çəkirlər. Həmçinin rəqiblərinə kifayət qədər qol imkanları verirlər. Buna baxmayaraq, "Sabah" izləməkdən zövq aldığım komandadır.

- İki debütantın qarşılaşmasında "Vikinq"in əsas üstünlüyü nədən ibarət ola bilər?

- "Vikinq"in əsas üstünlüyü Stavangerdə nadir hallarda məğlub olmasıdır. Hətta "Bavariya" da burada qalib gələ bilməyib. Süni örtüklü meydan da Norveç klubunun xeyrinə işləyə bilər. Dəqiq bilmirəm, Azərbaycanda hansısa komanda bu örtükdə oynayır, ya yox. "Vikinq" cümə günü səfərdə "Budyo-Qlimt"ə 2:3 hesabı ilə uduzdu. Lakin çox gərgin və maraqlı oyun oldu. Qarşılaşmaya qədər bərpa olunmaq üçün vaxtları var.

- Stavanger şəhərində azarkeşlərin bu oyuna münasibəti necədir? Stadionda əsl futbol bayramı gözləyirsinizmi?

- Atmosfer möhtəşəm olacaq. Bakı ilə müqayisədə burada stadion daha kiçikdir və azarkeşlər meydana çox yaxındırlar. Bununla belə, qarşılaşmada düşmənçilik ab-havası olmayacaq. Qonaq komandanın azarkeşləri də xoş qarşılanacaqlar.

- Qarşılaşmanın nəticəsi ilə bağlı proqnozunuz necədir?

- Düşünürəm ki, bu, "Vikinq"in Çempionlar Liqasında qələbə qazanmaq üçün ən yaxşı şansıdır. Əmsallara görə də Norveç klubu açıq favoritdir. Amma oyun asan keçməyəcək. "Sabah" yaxşı təşkilatlanmış komandadır və fərdi keyfiyyətlərə malik futbolçuları var. Buna baxmayaraq, ürəyim mənə deyir ki, Norveçdə əfsanəvi futbol gecəsi yaşanacaq və "Vikinq" 2:1 hesabı ilə qalib gələcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:01

Arif Əsədov "Sabah"ın Viking üzərində səfərdə xal qazanacaacağını əminliklə bildirir

Futbol
Bu gün, 12:00

Kəpəz futbolçuları Şəfa üzərində qələbəyə görə 1300 manat mükafat alıb

Futbol
Bu gün, 11:50

Azərbaycan Premyer Liqasında "Neftçi" – "Kəpəz" matçının biletləri 2 manatdan satışa çıxarıldı

Basketbol
Bu gün, 11:50

Dreymond Qrin NBA matcında rəqiblərlə münaqişəyə girərək meydandan qovuldu

Futbol
Bu gün, 11:42

Mbappe, TCuameninin azarkeşin başına çarpan sövqünü təsdiqlədirdi: 'O, səhv atır!'

Futbol
Bu gün, 11:41

Onana Türkiyə Super Liqasında ən yaxşı qapıçıdır

Futbol
Bu gün, 11:40

Mançester Yunayted azarkeşi olan model Maykl Kerrikin uğursuzluğuna qarşı sosial mediada növbəti aksiyaya başlayıb

Futbol
Bu gün, 11:38

Mahir Əmreli "Rakuvin" məhsuldar ötürməsi ilə qələbasına töhfə verdi

Futbol
Bu gün, 11:34

Patrik Dorq "Mançester Yunayted"də ümumi qrupda məşqləri bərpa etdi, "Roma"ya qarşı matça çıxmayacaq

Futbol
Bu gün, 11:14

Liverpulun hücumçusu Uqo Ekitike 750 min avro dəyərində unikal Lamborghini Revuelto sənədxən

Digər
Bu gün, 11:12

Snuker üzrə Azərbaycan çempionatını Qubatov qazandı;

Voleybol
Bu gün, 11:03

Cəlil Cəlilov: UEFA Çempionlar Liqasında “Sportinq”ə qarşı yaxşı nəticə gözləyirik

Qarabağ FK
Bu gün, 11:00

“Sabah”ın ilk məğlubiyyəti Tovuzda, “Neftçi” zirvəyə çıxdı, “Qarabağ” Qəbələdə xal itirdi

Digər
Bu gün, 10:48

Orxan Qubatov birinci, Rzayev ikinci: Azərbaycan snuker çempionatının qalibləri açıqlanıb

Futbol
Bu gün, 10:41

Araz-Naxçıvan 40 nöqtə ilə heç-heçə etmədən çempionatda birinci oldu;

Formula 1
Bu gün, 10:38

Şarl Lekler, Mexico Grand Prix-də Lewis Hamiltonla mübahisəli insidentə açıqlama verib

Qarabağ FK
Bu gün, 10:30

Qarabağ 11 ildən sonra Premyer Liqada ardıcıl üç oyunda heç‑heçə etdi

Futbol
Bu gün, 10:25

İkinci Liqa 9-cu turda bugün üç oyun baş tutacaq

Voleybol
Bu gün, 10:10

Kuzeyboru Voleybolçusu Ece Hitayca Sosial Şəbəkədə Təqib və Təzyiqlə Qarşı-qarşıya

Futbol
Bu gün, 10:02

Renat Dadaşov sağaldı, Ukraynaya qayıtmadan əvvəl məşqlərə qayıdacaq

Qarabağ FK
Bu gün, 10:00

X turda 18,900 azarkeş izləyib – “Kəpəz” yenidən lider oldu

Futbol
Bu gün, 09:52

Messi'dən Mbappé'ye: Ulduz Futbolçuların Klub Sahibliyi

Futbol
Bu gün, 09:43

Mahir Emreli oyunu ilə Rakuv 3-1 qalib qaldı

Oxşar xəbərlər