top
Nizami Sadıqov: “Onları birdən-birə odun içinə atmaq olmaz” - MÜSAHİBƏ İdman.biz
22 noyabr 2024, 12:51
- ↺ +

Nizami Sadıqov: “Onları birdən-birə odun içinə atmaq olmaz” - MÜSAHİBƏ

Azərbaycan millisinin və "Turan"ın veteran futbolçusu Nizami Sadıqovun İdman.bizə müsahibəsi

- Kapitanı olduğunuz və uğurlarında birbaşa rol oynadığınız "Turan Tovuz" 60 illik yubileyinizi xüsusi turnirlə qeyd etdi. Belə sürprizi gözləyirdiz?

- ⁠Buna görə başda klub rəhbərliyi olmaqla, hər kəsə təşəkkür edirəm. Belə tədbirlərin çox olması gələcək nəslə böyük bir örnəkdir. Xoş oldu ki, rəhbərlik məni bu formada təbrik etdi.

- Turnir zamanı uşaqlıq xatirələrinə daldızmı?

- Bəli, burada aşağı yaş qrupları çıxış edirdi. Onlara baxdıqda uşaqlığım yadıma düşdü. Çox qürur hissi keçirdirdim. Həmçinin çox möhtəşəm bir turnir baş tutdu. Bunların hamısı unudulmaz bir xatirələrdir.

- ⁠Keçmişə boylansaq, futbolla bağlı nəyi unutmaq istəməzdiz?

- O günlər mənim üçün çox əvəzsizdir. Azərbaycanda ilk çempionluğumuz və avrokubokda ilk olaraq iştirakımız unudulmazdır. Bunlar "Turan"ın adı ilə tarixə yazılıb.

- "Turan Tovuz" kollektivi sizə yubileyinizlə bağlı 60 nömrəli formanı hədiyyə etdi. Artıq yeni nömrədə "oynayacağınızı" demək olar...

- ⁠Bu, çox sevindiricidir və forma kolleksiyamda önəmli yerlərdən birini tutacaq.

- Veteran qapıçı kimi hazırda bu məktəbin zəifliyini nə ilə əlaqələndirərdiz?

- ⁠Son illərdə bu mövqedə boşluq var. Gənc nəsil yüksək səviyyəyə gəlib çatmayıb. Bir qapıçının yetişməsi üçün illər lazımdır. Çünki qolkiper əsasən 22 yaşından sonra oynamağa başlayır, 30 yaşa çatdıqda daha təcrübəli olur. Ona görə qapıçılarımızın yetişməsi üçün bir az zaman lazımdır. Təcrübə qazanmaq asan deyil. Onları birdən-birə odun içinə atmaq olmaz.

- Azərbaycan çempionatında ən uzun müddət qapısını toxunulmaz saxlayan qapıçı rekordunun sahibi kimi klublarımızda kimi fərqləndirərdiz?

- "Neftçi"dən ⁠Rza Cəfərovun adın çəkə bilərəm. "Sabah"da və digər aşağı yaş qruplarında da yetişən çox yaxşı qapıçılarımız var.

- Bəs futbolçulardan da kiminsə adını çəkə bilərsiz?

- ⁠Elvin Cəfərquliyevlə Toral Bayramovu bəyənirəm. Digər gənc və perspektivli olanlar da var. Ancaq zamanları gəldikdə, adlarını açıqlayacam.

- Bəs Tovuz və Azərbaycan futboluna xüsusi töhfə vermiş biri kimi futbolumuzun bu gününü bəyənirsiz?

- ⁠Açıq danışım ki, bu barədə çox şey deyə bilməyəcəm. Fikrimcə, mənimlə birgə çoxları bu durumdan razı deyil. İndiki vəziyyət kimi qane edir ki? Avropadan çox geridə qalmışıq. Millinin oyunlarından heç kim razı deyil. Bu yolda görüləsi çox işlər var. Ona görə də çox çalışılmalıdır. Gənclərə önəm verilməli və daha çox turnirlərdə iştirak etməliyik. Futbolumuzun 5-6 ilə normal səviyyəyə çatacağını düşünürəm.

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Dünən, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Dünən, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Oxşar xəbərlər