"Komo"nun futbolçusu Nikolas Pas UEFA Çempionlar Liqasının cari mövsümündə qol və məhsuldar ötürmələrin ümumi sayına görə birinci pilləyə yüksəlib.
İdman.Biz xəbər verir ki, 22 yaşlı argentinalı futbolçu Liqa mərhələsinin dördüncü turunda Fransanın "Lans" klubuna qarşı keçirilən və komandasının 9:1 hesablı qələbəsi ilə başa çatan görüşdə bir qol vurub, iki məhsuldar ötürmə edib.
Bununla da Pasın cari mövsümdə Çempionlar Liqasındakı məhsuldar hərəkətlərinin sayı səkkizə çatıb. O, üç qol vurub və beş məhsuldar ötürmə verib.
Argentinalı futbolçu bu göstəricidə "Barselona"nın vingeri Lamin Yamalı və "Bavariya"nın hücumçusu Harri Keyni geridə qoyub.
Hər iki futbolçunun hesabında yeddi məhsuldar hərəkət var. Yamal üç qol və dörd məhsuldar ötürmə ilə yadda qalıb. Keyn isə dörd dəfə fərqlənib və üç qolun ötürməsini verib.
Xatırladaq ki, ötən yay "Komo" Nikolas Pasın transfer hüquqlarını "Real Madrid"dən 60 milyon avroya (təxminən 119 milyon manat) alıb. Argentinalı futbolçunun İtaliya klubu ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.