top
Nigar Mirzəliyeva: Hamburqda uyğunlaşma çətinliyi yaşayıram, amma dəstək görürəm Idman.biz
02 mart 2026, 12:50
- ↺ +

Nigar Mirzəliyeva: "Hamburqda uyğunlaşma çətinliyi yaşayıram, amma dəstək görürəm"

Nigar Mirzəliyeva Bundesliqada çıxış edən ilk azərbaycanlı futbolçudur. Bir ay əvvəl o, Rusiyanın "Zenit" klubundan Almaniyanın "Hamburq" komandasına transfer olunub. Almaniyada artıq iki oyunda meydana çıxan futbolçu hazırda dünya çempionatının seçmə mərhələsində Şimali Makedoniya ilə keçiriləcək görüş ərəfəsində millinin təlim-məşq toplanışı üçün Azərbaycandadır.

O, İdman.Biz-ə müsahibəsində Bundesliqadakı ilk oyunları ilə bağlı təəssüratlarını bölüşüb.

"Almaniyada qadın futbolu həqiqətən də çox inkişaf edib. Hər matçda azarkeşlərin böyük dəstəyini görürük, tribunalar dolu olur. Avropada qadın futbolunun bu qədər sevilməsini görmək çox xoşdur. Bu, bizə əlavə güc verir və biz də yaxşı oyun göstəririk", – deyə o bildirib.

Mirzəliyeva Bundesliqadakı çıxışını da dəyərləndirib: "Pis oynamadım. Amma komandaya uyğunlaşma məsələsi var – bu baxımdan müəyyən çətinliklər yaranır, çünki dili bilmirəm. Lakin klub rəhbərliyinə təşəkkür edirəm ki, özümü yad hiss etmirəm. Komanda yoldaşlarım və məşqçilər heyəti məni dəstəkləyir. Düşünürəm ki, ilk dəfə hər kəs çətinlik yaşayır – həm dil baxımından, həm də tanımadığın ölkəyə köçəndə. Bu, çətindir, amma sonradan öyrəşirsən".

Futbolçu bildirib ki, millinin toplanışından sonra alman dilini öyrənməyə başlayacaq. Bu vaxta qədər isə "Hamburq"da dil baryerini aşmaqda ona məşqçinin köməkçisi və Türkiyədən olan komanda yoldaşı yardım edib.

"Mən bütün qızlarla eyni şəkildə ünsiyyət qururam, dostluq edirik. Onlar məndən bizim futbol, millimiz barədə soruşurlar. Onlara videolar və şəkillər göstərir, oyunlarımız haqqında danışıram" – deyə müsahibimiz qeyd edib.

O əlavə edib ki, komandanın ona olan səmimi münasibəti almanlarla bağlı stereotipi dağıdıb: "Eşitmişdim ki, almanlar bir qədər kobud və ciddi olurlar. Amma bunu özümə qarşı hiss etmədim. Komanda mənə çox yaxşı yanaşır, onlar mehribandırlar, ailə kimi birləşiblər. Deyərdim ki, hər yerdə həm yaxşı, həm də pis insanlar var, amma mənim mühitimdə yalnız yaxşı insanlarla qarşılaşmışam".

Mirzəliyeva şəhəri də bəyəndiyini vurğulayıb: "Avropada ilk dəfədir yaşayıb oynayıram, indi uyğunlaşıram. Amma Hamburq gözəl və maraqlı şəhərdir".

Bununla yanaşı, futbolçu yaxınlarından uzaqda olmağın çətin olduğunu da gizlətməyib: "Doğmaları üçün çox darıxıram, bu, mənim üçün bir qədər ağırdır. Amma məqsədlərim var, buna görə səbirli olmalıyam. Öz üzərimdə daha çox işləmək istəyirəm. Məqsədim daha güclü top-klublarda oynamaqdır. Düşünürəm ki, uğura aparan yol Hamburqdan keçəcək".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:14

Braziliyada 36 yaşlı futbolçu Bismark Vinisius silahlı hücuma məruz qalıb və öldürüldü

Qarabağ FK
Bu gün, 11:00

Turan Tovuz: 10,000 manatlı mükafat, tələskənlik və gələcək uğur üçün dərs

Basketbol
Bu gün, 10:58

Lebron Ceymsin evində şübhəli şəxs oğlu kimi təqdim oldu

Digər
Bu gün, 10:49

Bakıda Zəfər Kuboku çərçivəsində 14 kateqoriyalı yorğa yarışları keçirildi

Güləş
Bu gün, 10:40

İki qızıl medalla Azərbaycan üzgüçüləri Macarıstan Kubokunda qələbə qazandı

Futbol
Bu gün, 10:34

“Sabah” və “Şamaxı” Zəfər turunu yekunlaşdıracaq

Digər
Bu gün, 10:29

Azərbaycan kayakçılarının və kanoeçilerin Batumda beynəlxalq super sprintdə mükafatlar qazanması

Futbol
Bu gün, 10:25

Qubadlıda futbolun zafər sevincinə təsiri: Döyüşçü Araz Balayevin xatirələri

Futbol
Bu gün, 10:12

Manchester United 40 ildən sonra antirekordunu təkrarladı

Futbol
Bu gün, 10:06

Lionel Messi, MLS-in müntəzəm mövsümündə 26 qol vuraraq Qızıl buts mükafatını qazandı

Futbol
Bu gün, 10:00

Eşqin Əhmədov: Milliyə dəvət və debut gözləntiləri

Boks
Bu gün, 09:56

Şara Bullet və Adesanya 5 dekabrda Səudiyyə Ərəbistanında UFC Fight Night-də görüşəcək

Digər
Bu gün, 09:45

Trump, UFC prezidenti Dana White-a Ağ Evdə yüksək vəzifə təklif etdi

Futbol
Bu gün, 09:33

İmişli və Sumqayıt Yevlaxda son oyununda xallıq fərqini görəcək

Futbol
Bu gün, 09:30

Nadir Nəbiyev AFFA baş katibi ilə dörd rayonda futbol infrastrukturu yoxladı

Boks
Bu gün, 09:27

İstanbulda Murad Əliyev qazanan boksçusu fanlar tərəfindən hücum edildi

Minifutbol
Bu gün, 09:22

Azərbaycan futzal milli komandası Latviya ilə qarşılaşacaq: ilk qalibiyyət üçün mübarizə

Futbol
Bu gün, 09:16

Avropada 28 futbol mübarizəsi: Barselona, Liverpul, Yuventus və digər böyük klublar

Futbol
Bu gün, 09:08

Valverde: 62%-i uzaqdan qollar vurur

Futbol
Bu gün, 09:00

Bayquşlar Şamaxını qarşılaşacaqlar

Futbol
Bu gün, 08:40

UEFA, Arsen Vengeri FIFA prezidenti namizədi olaraq dəstəkləmək istəyir

Futbol
Bu gün, 08:20

İmişli Sumqayıtı qonaq edir

Futbol
Bu gün, 08:03

Çalhanoğlu “İnter”də müqaviləsinin uzadılmasını şərt kimi təqdim etdi

Futbol
Bu gün, 08:00

Boka Xuniors Argentina liqasının 2026-cı il çempionu oldu

Oxşar xəbərlər