top
Nigar Mirzəliyeva Belarusa qarşı revanş üçün səylərini açıqladı Idman.biz
01 iyul 2025, 13:13
- ↺ +

Nigar Mirzəliyeva Belarusa qarşı revanş üçün səylərini açıqladı

"Belarusla ikinci görüşdə bacardığımız qədər diqqətli və daha yaxşı oyun göstərməyə çalışacağıq. İlk qarşılaşmada bəzi aparıcı futbolçularımızın zədəli olması və heyətdə yer almamaları 0:3 hesabı ilə uduzmağımızla nəticələndi".

Bunu İdman.biz-ə Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva deyib.

23 yaşlı müdafiəçi bu gün Belarus yığması ilə keçirəcəkləri yoxlama oyununu dəyərləndirib. Onun sözlərinə görə, əsas hədəfləri ilk görüşdəki məğlubiyyətin revanşını almaqdır: "Həmin nəticə bizə mənfi təsir göstərdi. Artıq ilk oyunu analiz etmişik, səhvlərimizi görmüşük. Rəqibi də çox yaxşı tanıyırıq. Daha ciddi və intizamlı çıxış edərək, səhvləri təkrarlamamağa və meydanda diqtə edən tərəf olmağa çalışacağıq".

Mirzəliyeva 0:3 hesablı məğlubiyyəti unutduqlarını da deyib: "Oyunda udmaq da, uduzmaq da olar. Əsas məsələ sona qədər mübarizə aparmaqdır. Keçmiş nəticələri arxada qoyub, növbəti hədəflərə köklənmişik".

Rusiyada legioner həyatı yaşayan futbolçu oyunda fərqlənmək niyyətində olduğunu da vurğulayıb: "Qol vurmaq istəyirəm. Əgər alınmasa azı assist edəcəyimi planlaşdırıram. Təbii ki, müdafiədə üzərimə böyük məsuliyyət düşəcək. Səhvsiz və diqqətli olmaq üçün bütün gücümü meydanda qoyacam".

Qeyd edək ki, Belarus - Azərbaycan matçı saat 17:00-da Minskdə "Traktor" stadionunda start götürəcək.

Didəm Qədirova
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:47

London Meri Harri Keynin “Qızıl Top” mükafatını tarixi hadisə adlandırdı

Güləş
Bu gün, 20:33

Nihat Məmmədli: Dünya çempionatında gümüş medalla kifayətlənmədim, daha rahat güləşib qalib gələ bilərdim

Futbol
Bu gün, 20:07

Pol Skoulz Manchester United üçün ən uyğun baş məşqçi namizədi Antonio Konte olduğunu bildirir

Futbol
Bu gün, 19:50

Rəhim Həsənov: Cavid Cəlilovun Penaltı Qərarı Yanlışdır

Futbol
Bu gün, 19:45

PSJ: Xviça Kvaratsxeli sağ dizindən uğurla əməliyyat edilib

Cüdo
Bu gün, 19:32

Bakıda 20 yaşa qədər cüdoçular arasında şəhər birinciliyi keçirilib

Futbol
Bu gün, 19:28

Arsen Venger Bakıda AFFA təşkilatçılığı ilə ümumiyyətlə məşqçilər üçün master-klassda iştirak edib

Digər
Bu gün, 19:27

Fərid Ələkbərov: ‘5:4’ Qələbə, Daha Yaxşı Oynadıq

Qarabağ FK
Bu gün, 19:25

“Qarabağ”ın 1/8 final rəqibi “Sumqayıt” oldu

Futbol
Bu gün, 19:20

Arda Turan Ukraynada qolunu itirən əsgərə qucaqlama və forma hədiyyəsi ilə unudulmaz jest göstərdi

Futbol
Bu gün, 18:59

Aleksey Batrakov qışda "Qalatasaray"ı tərk edə bilər

Futbol
Bu gün, 18:52

PSJ-nin ardıcıl Çempionlar Liqası uğurlarının əsas səbəbi: Luis Kamposun transfer strategiyası

Futbol
Bu gün, 18:43

Karrager: Keyn Tottenhamdansa, Qızıl Topu qazana bilməzdi

Futbol
Bu gün, 18:28

Mbappe La Liqa'dan üzr istədi

Futbol
Bu gün, 18:13

Mançester Siti - Brayton matçında Donnarumma əvəzinə Rulli qapıya çəkiləcək

Futbol
Bu gün, 18:09

Harri Kejn "Fial Ball" mükafatını qazanaraq tarixə düşdü

Futbol
Bu gün, 18:07

Araz‑Naxçıvanın məşqçisi Zaur İsmayılov: Rəqib kimindən asılı olmayaraq qələbə üçün mübarizə apardıq

Cüdo
Bu gün, 18:02

Azərbaycan U-23 Avropa Judo Çempionatı üçün 8 idmançı Neapolda yarışacaq

Digər
Bu gün, 18:00

Böyük futbol klublarının minifutbola qatılması çətindir

Futbol
Bu gün, 17:40

Çin şirkətləri Mbappé ilə reklam əməkdaşlığını video sonrası dayandırdı

Digər
Bu gün, 17:20

Avropada ilk sınaq: “DH Volley” təcrübəli “Holte”nin öhdəsindən gələ biləcəkmi? - İDMAN.BİZ-in İCMALI

Digər
Bu gün, 17:20

Avropa Liqası: "Renn" – "Olimpiakos" oyununun vaxtı dəyişdirilə bilər

Digər
Bu gün, 17:00

Füzuli Məmmədov: “Heyətlə bağlı qərar verməmişəm”

Digər
Bu gün, 16:55

MOİK-in baş məşqçisi: “Zədəlilərin sayı çoxdur”

Oxşar xəbərlər