Baş məşqçi Arne Slot "Liverpul"un tarixinə düşüb.
İdman.biz xəbər verir ki, komanda niderlandlı mütəxəssisin rəhbərliyi ilə Premyer Liqada ilk 10 oyunda 8 qələbə qazanıb.
"Qırmızılar" dünən "Brayton"a qalib gələrək, yeni uğurlu nəticəyə imza atıblar. Bundan əvvəl ən yaxşı göstərici Villiam Konnellə məxsus olub. O, 7 qələbəyə sevinib.
Qeyd edək ki, "Liverpul" 10 turdan sonra 25 xalla turnir cədvəlinə başçılıq edir.
İdman.biz