"Lester"in baş məşqçisi Rud van Nistelroy mövsümün sonunda klubu tərk edəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Rob Dorset sosial şəbəkə hesabında məlumat paylaşıb:
"Ruud van Nistelroyun mövsümün son oyunundan sonra "Lester"i tərk edəcəyi gözlənilir. Lakin "Lester" hələ ki, onu kiminlə əvəzləyəcəyinə qərar verməyib. Rəhbərlik Rassel Martin və Denni Rolun namizədliyini gözdən keçirsə də, Van Nistelroya hörmət xatirinə, niderlandlı mütəxəssis klubdan rəsmi ayrılmayana qədər onlarla danışıq aparmaq fikrində deyil.
Qeyd edək ki, 37 turdan sonra aktivində 25 xal olan "Lester" turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb. "Tülkülər"in mövsümün sonunda Premyer Liqanı tərk edəcəyi dəqiqləşib.