top
Nicat Mehbalıyev: Cavab oyununda şanslarımız bərabərdir Idman.biz
11 iyul 2025, 15:50
- ↺ +

Nicat Mehbalıyev: Cavab oyununda şanslarımız bərabərdir

"Bu gün meydanda bir-birinə yaxın səviyyədə olan iki nizamlı komanda qarşılaşdı. "Selye" ötən mövsüm Konfrans Liqasında yaxşı nəticələr göstərmişdi. Hərçənd bəzi çatışmazlıqlarımız vardı, ümumi mənzərə ilə razı qaldıq. Belə matçlarda təcrübə ön plana çıxır. Rəqibin də bu baxımdan bizdən üstün olduğu açıq idi. Qarşıda cavab qarşılaşmamız var və bu dəfə daha yaxşı hazırlaşıb qalib gələcəyimizə inanırıq".

İdman.biz xəbər verir ki, bu fikirləri Futbolinfo.az-a açıqlamasında "Sabah"ın qapıçısı Nicat Mehbalıyev deyib.

25 yaşlı qolkiper hər iki kıubun bərabər gücdə olduğunu vurğulayıb: "Heç kim iddia edə bilməz ki, hansısa tərəf digərindən çox üstün idi. Matçın nəticəsinə incə məqamlar təsir göstərdi. Bir qədər ustalıq, bir az da təcrübə… Nəticə 2:3 olsa da, cavab oyununda şanslarımızın bərabər olduğunu düşünürük".

O, komandasının fiziki baxımdan çox çalışdığını qeyd edib: "İkinci hissədə oyunçuların yorulması təbiidir. Matç ərzində xeyli enerji sərf etdik. Rəqib topa daha çox nəzarət etdiyindən, biz əsasən pressinqə üstünlük verirdik".

Mehbalıyev yeni baş məşqçi Valdas Dambrauskasın karyerası haqda da fikirlərini söyləyib: "O, ilk gündən bizə bildirdi ki, inamlı futbolçulara ehtiyacı var. Həmçinin səhv etməyin normal olduğunu söylədi. Bu yanaşma bizdə özümüzəinam yaratdı. Baş məşqçinin kimliyi bizim üçün fərq etmir. Komanda olaraq, hər zaman intizamı qorumuşuq. Futbolda istər-istəməz həm çətin dövrlər, həm də yüksəliş yaşanır. Zaman keçdikcə, əvvəlkindən daha yaxşı olacağımıza əminəm".

O, "Sabah"da tez-tez baş məşqçi dəyişikliyinin normal hal olduğunu bildirib: "Bu, futbolun tərkib hissəsidir. Futbolçu da istənilən vaxt komandasını dəyişə bilər. Bu qərarlar bizlik deyil. Bizim vəzifəmiz məşqlərdə maksimumu vermək və baş məşqçinin tələblərini yerinə yetirməkdir".

Nicat Mehbalıyev klubla müqaviləsinin müddətindən də danışıb: "Hazırda "Sabah"la bir illik müqaviləm var. Gələcəkdə nə baş verəcəyini zaman göstərəcək".

Sonda o, yeni mövsümdə komandasının yüksək hədəflər qoyduğunu qeyd edib: "Keçən mövsüm də çempionluq istəyirdik, amma nəticədə 5-ci olduq. Hər bir futbolçu zirvəni hədəfləməlidir. Niyə də yox?! Klub rəhbərliyi bizə hər cür şərait yaradıb və güclü kollektivimiz var. Biz də istəyirik ki, bu mövsüm çempionluq və ya medallar uğrunda mübarizə aparaq".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 13:12

Sənan Süleymanov doqquz ildə ilk dünya çempionluğunu qazandı

Digər
Bu gün, 13:04

Azərbaycan karateçiləri Belçikada keçirilən Avropa çempionatında bir qızıl, bir gümüş və bir bürünc medal qazandı

Güləş
Bu gün, 12:42

Eldəniz Əzizli Astanada beşinci dəfə dünya çempionu olub

Tennis
Bu gün, 12:38

Tunar Bağırov Riga Şəhər Şurasının Gənclər Kuboku 2026 turnirində 3-cü yeri tutdu

Voleybol
Bu gün, 12:12

Azərbaycanın U-20 voleybolçu qızları EEVZA çempionatında beşinci yeri tutdular

Futbol
Bu gün, 12:12

Böyük klublar futbolçulara niyə tərlik geyinməyi qadağan edir?

Qarabağ FK
Bu gün, 12:00

IX tur: Zirvədə sükut, “Neftçi” xal itirdi, “Kəpəz” və “İmişli” qazandı

Digər
Bu gün, 11:57

"Kür" heyətinin baş məşqçisi Fuad Yanqildin: "Çair" qarşısında qələbə qazanmaq istəyirik

Futbol
Bu gün, 11:50

“Turan Tovuz” Misli Premyer Liqasında 150-ci oyununu keçirdi

Formula 1
Bu gün, 11:42

Lyuis Hemilton, ABŞ Qran-prisindən sonra Ferrari'nin sürətini qiymətləndirib

Futbol
Bu gün, 11:40

Xviça Kvaratsxeliya Qətərdə Sağ Dizindəki Zədələnmə Üçün Operasiya Alacaq

Futbol
Bu gün, 11:12

Napoli futbolçusunun evində oğurluq hadisəsi

Futbol
Bu gün, 11:11

Sabah 9 oyunda yalnız 1 qol qəbul edərək Azərbaycan çempionatlarının tarixi rekordunu təkrarlayıb

Futbol
Bu gün, 11:08

İmişli 10-cu qələbəsini Şamaxı qarşısında qazanıb

Futbol
Bu gün, 11:06

Futbol üzrə Azərbaycan Kubokunun II təsnifat mərhələsi oyunlarının təyinatları məlum oldu

Qarabağ FK
Bu gün, 11:01

Davit Volkov Azərbaycan çempionatında eyni klubda 40 qol vuran 30-cu oyunçu kimi tarixə düşdü.

Qarabağ FK
Bu gün, 11:00

Qarabağ futbolçusundan açıqlama: “Titul üçün mübarizə üç komanda arasında olacaq”

Digər
Bu gün, 10:57

Avropa Muay Thai Çempionatında 4 Medal Qazanıldı

Futbol
Bu gün, 10:44

Doruxan Toköz və Helin Kandemir Yenidən Birlikdə; "Kandırdım" Mahnısı Sosial Şəbəkələrdə Diqqət Çəkdi

Futbol
Bu gün, 10:42

Robert Levandovski 16 illik qol quraqlığı ilə Polşadan sərt tənqid alır

Futbol
Bu gün, 10:40

Gecə Qızıl Topun Qalibi Açıq Olacaq: Ən Gözlənilən Namizədlər

Qarabağ FK
Bu gün, 10:20

Premyer Liqada IX tur 11 340 azarkeşlə izlənildi

Futbol
Bu gün, 10:00

Baku Sportinq yeni baş məşqçisi Bəxtiyar Soltanov təyin edildi

Futbol
Bu gün, 09:58

2026-cı il Qızıl Top mükafatının təqdimat mərasimi ilk dəfə Londonda keçiriləcək

Oxşar xəbərlər