ABŞ-nin Milli Futbol Liqasının (NFL) keşmiş oyunçusu Brett Farv Parkinson xəstəliyinə tutulub. Sport24.az xəbər verir ki, 54 yaşlı mütəxəssis bu barədə özü açıqlama verib.
Sonuncu dəfə "Minnesota Vikinqs"də çıxış etdikdən sonra 2011-ci ildə karyerasını bitirən B.Farv 2013-cü ildən yaddaş itkisindən əziyyət çəkdiyini və bunu karyerası zamanı başından aldığı zədələrin təsiri ilə əlaqələndirdiyini söyləyib.