Braziliyalı hücumçu Neymar Santos klubu ilə müqaviləsini uzatmaq niyyətindədir.
Lent.az xəbər verir ki, futbolçunun komanda ilə hazırkı iş müqaviləsi 2025-ci ilin yayında başa çatır. Məlumata görə, tərəflər müqaviləni daha bir il yeniləmək niyyətindədirlər.
Qeyd edək ki, bu il yanvarın 28-də Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu Neymarla müqaviləni pozub, bundan sonra braziliyalı vətəninə qayıdıb və "Santos"la müqavilə imzalayıb. O vaxtdan bəri braziliyalı futbolçu komandanın heyətində 9 oyun keçirib, 3 qol vurub.