PSJ və "Barselona"nın sabiq hücumçusu Neymar gələn yay Braziliyaya qayıdacaq. Sport24.az "Football Espana"-ya istinadən xəbər verir ki, bu barədə "Santos"un vitse-prezidenti Niko Osvaldo məlumat yayıb:
"Neymar iyunda "Santos"a gələcək. Biz bu mövzuda danışıqlar aparırıq. O, geri qayıdır".
Neymar "Santos" akademiyasının məzunudur. O, 2009-2013-cü illərdə Braziliya klubunda çıxış edib.
Qeyd edək ki, 33 yaşlı braziliyalı forvard hazırda "Əl-Hilal" klubunda, Səudiyyə Ərəbistanı çempionatında çıxış edir. Onun klubla müqaviləsi gələn ilin ortalarına qədərdir.