Braziliya millisinin üzvü və "Əl-Hilal"ın futbolçusu Neymar ABŞ-a yollanmağı planlaşdırır. Sport24.az xəbər verir ki, onunla "İnter Mayami" klubu maraqlanır.
Futbolçu özü də, "Barselona"da olduğu kimi Lionel Messi və Luis Suareslə birlikdə oynamaq istəyir.
Neymar belədə, "Əl-Hilal"ı tərk etmək niyyətindədir. Hazırda bu yöndə onun meneceri Səudiyyə Ərəbistanı klubu ilə danışıq aparır.
Ər-Riyad təmsilçisi onun gedişinə icazə verərsə, qışda "İnter Mayami"yə keçidi reallaşacaq.