"Santos"un hücumçusu Neymar Braziliya klubundan azarkeşlərlə münaqişə səbəbindən ayrıla bilər.
"Report" xəbər verir ki, bu barədə "TyC Sports" məlumat yayıb.
33 yaşlı forvardın xidmətində ötən mövsüm Fransa çempionatında ikinci yeri tutan və Çempionlar Liqasında oynayacaq "Marsel" maraqlıdır.
Qeyd olunur ki, tərəflər artıq mümkün transfer barədə danışıqlar apara bilərlər.
Neymar cari mövsümd "Santos"un heyətində keçirdiyi 16 matçda 4 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun Braziliya klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin sonunda başa çatır.