"Santos"un hücumçusu Neymar gələcəyi ilə bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, ulduz futbolçu bununla bağlı "X" sosial media hesabında paylaşım edib:
"Bundan sonra nə olacağını hələ bilmirəm. Mövsümdən sonra istirahət etməliyəm. Bir neçə gün fasilə verim, sonra qərar verəcəm. Əminliklə deyə bilərəm ki, prioritet olaraq "Santos" qalır".
Qeyd edək ki, bir müddət əvvəl mətbuatda "Santos"un Neymar və onun agentləri ilə müqavilənin uzadılması ilə bağlı ilkin danışıqlara başladığı bildirilmişdi. 33 yaşlı hücumçu bu mövsüm klubun heyətində bütün yarışlarda 28 oyuna çıxıb, 11 qol vurub və 4 məhsuldar ötürmə edib.