"Santos"un ulduz futbolçusu Neymar "Qızıl top"un mükafatlandırlması mərasimi ilə bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"Barselona"nın cinah oyunçusu Rafinyanın beşinci yeri tutması Neymarı qəzəbləndirib. Ulduz forvard səsvermənin nəticələrini əks etdirən paylaşımın altında belə yazıb: "Rafinha beşincidir? Bu, çox ciddi zarafatdır".
Qeyd edək ki, "Qızıl top"u PSJ-nin hücumçusu Usman Dembele qazanıb. "Barselona"nın futbolçusu Lamin Yamal ikinci, PSJ-nin yarımmüdafiəçisi Vitinya isə üçüncü olub.