"Əl Hilal"ın futbolçusu Neymar qış transfer dönəmində klubu tərk edə bilər. Sport24.az xəbər verir ki, braziliyalı hücumçu sabiq klubu "Santos"a qayıtmaq niyyətindədir.
Bu barədə UOL nəşri məlumat yayıb.
Neymar hazırda zədəlidir və "Əl Hilal" rəhbərliyi oyunçunun tez-tez sıradan çıxmasından narazıdır. Braziliyalı futbolçu "Əl Hilal" uğursuzluğu üçün ölkəsinə qayıtmaq istəyir.
Noyabrın 4-də "İstiqlal"la matçda zədələnən Neymar azı bir ay yaşıl meydanlardan uzaq qalacaq.