"Santos"un hücumçusu Neymar A Seriyasına keçməyə hazırdır.
İdman.Biz jurnalist Fabrisio Romanoya istinadən bildirir ki, "İnter" və "Napoli" onunla maraqlanırlar.
Mənbənin məlumatına görə, 33 yaşlı futbolçu Braziliya klubu ilə müqaviləsi dekabrın 31-də başa çatdıqdan sonra bu qış Avropaya qayıtmağı düşünür. Neymar Braziliya millisinin baş məşqçisi Karlo Ançelottini heyrətləndirməyə və DÇ-2026-dan əvvəl milli komandaya qayıtmağa da ümid edir.
Qeyd olunur ki, futbolçuya artıq ötən yay "Milan"a keçid təklif olunub.