top
Nəticələr U-19 və U-17 ilə bağlı optimist düşünməyə imkan vermir İdman.biz
13 noyabr 2024, 14:12
- +

Nəticələr U-19 və U-17 ilə bağlı optimist düşünməyə imkan vermir

Futbol üzrə U-19 Avropa çempionatının seçmə mərhələsində 13 qrupda ilk iki yeri tutanlar və üçüncü olanlardan ən yaxşı göstəriciyə malik bir komanda mübarizəni elit mərhələsində (ən yüksək reytinqə malik Portuqaliya da onlara qoşulacaq) davam etdirəcəklər.

İdman.biz xəbər verir ki, Moldovada 7-ci seçmə qrupda çıxış edən Azərbaycanın U-19 komandası yarışa bu gün İslandiya ilə oyunla start verir. Komandamız uduzmayacağı halda növbəti mərhələ ilə bağlı ümidini artırmış olacaq.

Qrupdakı komandalardan İrlandiya UEFA-nın U-19 reytinqində 8-ci, İslandiya 20-ci, Azərbaycan 40-cı, Moldova isə 45-cidir.

Azərbaycanın U-19 komandası əvvəlki iki seçmə mərhələdə qrup sonuncusu olub, 2021-ci ildə isə 3-cü yeri tuta bilib. Elit mərhələyə isə sonuncu dəfə 2018-ci ildə heyətində Toral Bayramovun da çıxış etdyi komanda çıxa bilib. Ümumiyyətlə, U-19 komandamız tarixi ərzində dörd dəfə növbəti mərhələyə yüksəlsə də, final turnirinə vəsiqə qazana bilməyib.

"İrlandiya yığması qrupumuzun favoriti hesab edilir. Buna baxmayaraq, qrupda ilk iki yerdən birini tutaraq, elit-raunda vəsiqə qazanmaq istəyirik". Bu sözlər komandanın baş məşqçisi Elxan Abdullayevə məxsusdur, amma hazırkı komandanın yoldaşlıq görüşlərində göstərdiyi nəticələr məsələyə optimist yanaşmağa imkan vermir. İyunda Qazaxıstana 2:0 hesabı ilə qalib gəldikdən sonra 19 yaşlılarımız Türkiyə (0:5), Nideland (0:3), Uels (0:3) və Belarusa (1:6) uduzub, həmçinin Moldova (1:1) və Belarusla (1:1) heç-heçə ediblər.

U-17 Avropa çempionatının seçmə mərhələsində isə 14 qrupda ilk iki yeri tutanlar ikinci mərhələdə final turnirinə çıxmaq uğrunda mübarizə aparacaqlar.

Rumıniyada 6-cı seçmə qrupda yarışan Azərbaycanın U-17 komandası bu gün Macarıstanla oyunla mübarizəyə start verir. Özü də macarlar qrupun əsas favoriti sayılırlar: onlar UEFA-nın U-17 reytinqində 13-cü, Yunanıstan 25-ci, Rumıniya 32-ci, nəhayət, Azərbaycan 45-ci yerdədir.

Ötən seçmə mərhələdə qrup sonuncusu olan U-17 komandamız 2022-ci ildə qrupda üçüncü yeri tutub. İlk mərhələni uğurla adlamaq isə sonuncu dəfə 2014-cü ildə mümkün olub.

"Məqsədimiz maksimum dərəcədə yaxşı çıxış etmək olacaq və hər üç görüşdə qələbəyə köklənəcəyik. Belə turnirdə qazanılacaq hər xal önəmlidir", - deyən baş məşqçi İlham Yadullayevin rəhbərlik etdiyi U-17 millisinin sentyabrda Türkiyə ilə yoldaşlıq görüşlərində sevinmədiyini də xatırladaq (0:4, 0:0).

Rasim
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:37

“Bavariya” prezidenti: “Lamin Yamal yaxşıdır, amma Harri Keyn Ballon d'Or-ə layiqdir”

Futbol
Bu gün, 02:40

Barselona 18 yaşlı Alman futbolçu Lennart Karlı izləyir – qiyməti 100 milyon avro

Futbol
Bu gün, 01:32

Zamiq Əliyev “Eqnatiya”nın 2:1 qələbəsində mühüm rol oynadı

Futbol
Dünən, 22:21

“Kəpəz”in baş məşqçisi: “Qalibiyyət üçün son nöqtəni qoymaqda çətinlik var, hələ də işlənməsi lazım olan məqamlar mövcuddur”

Futbol
Dünən, 22:13

Sumqayıt baş məşqçisi Kəpəzlə oyunda tribundan gələn səs-küyü “futbola qarşı hörmətsizlik” adlandırdı

Boks
Dünən, 21:56

Şamaxıda Azərbaycan və Əlcəzair boks komandaları 10 günlük təlim‑məşq toplanışına başladı

Futbol
Dünən, 21:37

Filipe Kandido: Premyer Liqanın inkişafı üçün futbola hörmət vacibdir

Şahmat
Dünən, 21:10

Azərbaycan şahmat komandası Romaniya ilə 2:2 barabərlik, Serbiya üzərində 3:1 qələbə qazandı

Futbol
Dünən, 20:25

Paskal Qross Almaniya millisindən ayrıldı

Futbol
Dünən, 19:21

“Araz‑Naxçıvan” baş məşqçisi Zaur İsmayılov məğlubiyyətin müdafiə səhvləri və penaltilərlə bağlı olduğunu açıqladı

Qarabağ FK
Dünən, 18:45

"Müdafiədəki kobud səhvlər və penaltılar barədə Zaur İsmayılovun açıqlamaları"

Boks
Dünən, 10:32

Boksçumuz Avropa çempionatının 1/8 finalında Ermənistan təmsilçisini məğlub edərək 1/4 finala yüksəldi

Futbol
Dünən, 10:09

Xabi Alonso “Çelsi”də beş oyunlu dövrdə ən az iki qol buraxma rekordunu yenilədi

Futbol
Dünən, 09:30

Argentina millisinin iki oyunçusu yaralanıb

Futbol
Dünən, 00:05

Sabah – İmişli matçının 3:1 qalibiyyəti (video icmalı)

Futbol
19 sentyabr 2026, 23:50

Salahın hət-triki ilə Trabzonspor, Galatasarayı 4-0 məğlub etdi

Futbol
19 sentyabr 2026, 22:03

Gəncədə Kəpəz ilə Sumqayıt matçına 7000 bilet satılıb

Futbol
19 sentyabr 2026, 21:57

Turan Tovuz Zira qarşısında 1-0 qalib gəldi - Video icmal

Basketbol
19 sentyabr 2026, 21:53

“Gəncə” basketbol komandası “Neftçi” qarşısında 87:103 hesabı ilə məğlub oldu

Futbol
19 sentyabr 2026, 21:04

Kurban Berdiyev, "Zirə" qarşısında qazanılan qalibiyyəti şərh etdi

Futbol
19 sentyabr 2026, 20:46

Rəşad Sadıqov: “Komandam məğlub deyil, Turan Tovuzda 0:1 uduzdum”

Qarabağ FK
19 sentyabr 2026, 17:55

Binə Atçılıq Mərkəzində cıdır mövsümünün yeni yarışları keçirildi, nəticələr və növbəti start oktyabr 3 – FOTO

Futbol
19 sentyabr 2026, 17:06

“Neftçi”nin fransalı müdafiəçisi Endryu Qravilyon: “Bu qələbə klub və tariximiz üçün çox önəmlidir”

Futbol
19 sentyabr 2026, 16:46

Rumıniya mediası Neftçi-nin Maylat transferini “aldadığını” iddia edir

Oxşar xəbərlər