top
Nəriman Axundzadənin atası oğlunu tənqid edənlərə cavab verdi: Onun adamı Allahdır Idman.biz
13 dekabr 2025, 10:00
- ↺ +

Nəriman Axundzadənin atası oğlunu tənqid edənlərə cavab verdi: "Onun adamı Allahdır"

"İnsan söz deyəndə birinci özünü göz önünə gətirər. Filan şeyi mənə, övladıma desələr, xoş gələr? Özünə rəva bilmədiyin sözü başqası üçün heç vaxt demə".

İdman.Biz xəbər verir ki, bu sözləri sportinfo.az-a açıqlamasında Çempionlar Liqasının əsas mərhələsində "Ayaks"a məğlubiyyətdən sonra (2:4) "Qarabağ"ın ən çox tənqid olunan oyunçusu Nəriman Axundzadənin atası Əhməd Axundov deyib.

O, övladının ünvanına ən çox səslənən "adamı var" iddiasına da aydınlıq gətirib:

"And olsun Allaha, o uşaq ilk günlər "Qarabağ"da nə əziyyətlər çəkib. Mənim bəzən ona göndərməyə pulum olmayıb. 12 yaşından Nəriman Axundzadə Bakıda qalır. Ata-ana nəvazişi görməyib. O yaşda gəlib "Qarabağ"da uşaqların içinə düşdü. İmkanım olmadı ki, Bakıda ev tutam. Anasının yanında qalsın, yeməyini yesin, rahat yerdə yatsın.

"Qarabağ"ın akademiyasındaElnur müəllim çox dəstək olub. Amma valideyn qayğısını kim əvəz edə bilər? Onun kimi var? Dayısı, əmiləri Lənkəranda qalır. Hamısı kasıb insanlardır. Yerli camaat da yaxından tanıyır. Nəriman Axundzadəni tapşırmağa kimsə olmayıb.

Onun adamı kimdir? Onun adamı Allahdır. Allah istəyib gəlib "Qarabağ"a çıxıb. "Qarabağ"da bu gün də heç kimlə münasibətim yoxdur. Baş məşqçi Qurban Qurbanovla bu yaxınlarda iki dəqiqə söhbət etmək imkanım olub. Qurban Qurbanov bildirdi ki, yazılanlar Nəriman Axundzadəyə təsir etməməlidir, vəssalam".

Ata sağlam tənqidə bir söz demədiyini, amma kütləvi şəkildə Nəriman Axundzadənin üzərinə gedilməsini, təhqir olunmasını başa düşə bilmədiyini sözlərinə əlavə edib:

"Tənqid eləməyə bir söz demirəm. Tənqid onun xeyrinədir. Amma artıq-əskik yazmaq olmaz axı. Ayıbdır. Biz hamımız azərbaycanlıyıq. Niyə eyni millət olduğumuz halda bir-birimizə bu cür münasibət bəsləyirik? Mahir Emreli də eyni yolu keçib. Bir vaxtlar ona qarşı da belə münasibət var idi.

Açığı, Nəriman Axundzadənin də xaricə getməyini istəyirəm. Özünə də demişəm. Təklifləri də olub. Xeyirlisi nədirsə, o da olsun. Əlbəttə, başverənlər mənim üçün çox çətindir. Amma mən azarkeşlərə nə deyə bilərəm? Mənə elə bir insan deyiləm ki, onlara kobud cavab verim. Allah onların da köməyi olsun. Haqqı nahaqqa vermək olmaz. Bir insanın üzərinə getmək düzgün deyil. Bütün komanda uduzub axı. Bir nəfərin üzərinə niyə düşsünlər ki? Bunu başa düşə bilmirəm. Nəriman Axundzadə kimə nə edib? Kimi söyüb, təhqir edib? Belə şey ola bilməz. Meydanda səhvi ola bilər, səhvsiz insan yoxdur. Qərəzli tənqid etmək, şəxsiyyətə toxunmaq olmaz".

Ə. Axundov sonda oğlunun "Qarabağ"a keçməsinin belə asan olmadığını və bu işdə onun istedadlı olmasının və Rəşad Sadıqovun əməyini xüsusi qabardıb:

"Səkkiz yaşında "Xəzər Lənkəran"da futbola gedib. Onda "Xəzər"də ən balaca yaş qrupu 10 yaş idi. Toral Bayramovun olduğu qrup. Nəriman Axundzadə də onlarla məşq edirdi. Həmişə yaşıdlarından böyüklər ilə oynayıb.

"Xəzər Lənkəran" dağılandan sonra tək Nəriman Axundzadə yox, çox sayda uşağı Rəşad Sadıqov "Qarabağ"ın akademiyasına yoxlanışa apardı. Arasında Toral Bayramov da var idi. Əslində, "Qarabağ"da Nəriman Axundzadəyə qalmağa yer vermirdilər. Çünki Nəriman Axundzadənin yaşında uşaqların qalmağına yer yox idi. Amma istedadına görə Rəşad Sadıqovun təşəbbüsü ilə orada saxladılar, yer verdilər. "Qarabağ"da qalmasında Rəşad Sadıqovun böyük rolu olub".

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 03:45

2027-ci ildə "Dakar" rallisi Səudiyyə Ərəbistanından başqa ölkəyə köçürüləcək

Futbol
Bu gün, 03:22

Flik Barselona komandasının Real Madrid qarşısındakı 1-2 məğlubiyyəti haqqında şərh etdi

Futbol
Bu gün, 03:05

Mourinyo Real Madrid-in Barcelona qarşısındakı qələbəsindən sonra VAR-ı sərt tənqid etdi

Futbol
Bu gün, 02:48

Arturo Vidal “Juventus”a məşqçi kimi qayıdacağını açıqladı

Futbol
Bu gün, 01:48

“Çelsi”də futbolçunun zədəsi barədə məlumat sızması müzakirə edilir

Futbol
Bu gün, 01:25

Leonel Xayme rəqibinə kömək edərək ağladı, komanda yoldaşları və azarkeşlər tərəfindən tənqid edildi

Futbol
Bu gün, 01:04

Roma yıldızının yaralanmasından müsbət xəbər

Futbol
Bu gün, 00:49

Real Madrid və Barselona futbolçuları üçün El-Klasiko xüsusi butslar hazırlanıb

Digər
Bu gün, 00:32

Baku Flames Batumi'de Batumi Sharks'a 13-4 üstünlük qazandı

Futbol
Bu gün, 00:18

Fiorentina müdafiəçisi Dodo-nun gələcək transferi barədə açıqlama

Qarabağ FK
Bu gün, 00:05

Canni İnfantino və Arsenal məşqçisi Arsen Venger ‘Sabah – Qarabağ’ matçı izləyiblər

Futbol
Dünən, 23:52

“Qalatasaray”ın yeni transferləri “Fənərbağça” derbisində debutə hazırlaşır

Qarabağ FK
Dünən, 23:30

"Qarabağ" Sabaha qonaq gələrək çempionu müəyyən edəcək: Həsi Fotolar

Futbol
Dünən, 23:30

Real Madrid TV “El-klasiko” öncəsi La Liqa hakimlərini təəssübkeşliklə ittiham edib

Tennis
Dünən, 23:24

Çində Ninqbo WTA 500-də Yelena Rıbakina Şampiyonluğunu Qoruyub

Güləş
Dünən, 23:05

Eldəniz Əzizli: Beşinci Dünya Çempionu Olarkən Himni Səslənəndə Gözümdən Yağış Çəkdi

Futbol
Dünən, 23:05

Qari Nevill Manchester United-un uğursuz performansına tənqid etdi

Futbol
Dünən, 22:51

Qavi: Mourinyo və Flikin oyun yanaşmalarını bəyəndiyini açıqladı

Qarabağ FK
Dünən, 22:50

Qurban Qurbanov: “Maraqlı oyun, temp sonadək yüksək səviyyədə idi”

Futbol
Dünən, 22:28

Renat Dadaşovun komandası 0-0 ilə başa çatdı

Futbol
Dünən, 22:13

Toral Bayramovun Bursaspor komandası 4:2 qalib gəldi

Futbol
Dünən, 21:59

İmişli, Şamaxını 2:1 hesabına məğlub etdi - Video icmalı

Qarabağ FK
Dünən, 21:59

Kadi Borges: “Sabah” komandası son bir ildə gördüyüm ən yaxşı komandalar arasındadır

Güləş
Dünən, 21:35

Sənan Süleymanov 15 illik gözləntini bitirdi: Azərbaycan olimpiya çəkisində qızıl medal qazanır

Oxşar xəbərlər