"Qarabağ"dan ayrılaraq "Kolumbus Kryu"ya üz tutan Nəriman Axundzadənin yeni komandasında hansı nömrə altında çıxış edəcəyi müəyyənləşib. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin forvardı MLS klubunda 90 nömrəli formada oynayacaq.
O, "Qarabağ"da 7 nömrəli formada çıxış edirdi.
Qeyd edək ki, Nəriman MLS klubu ilə müqaviləsi 2029-cu ilin iyuna qədər nəzərdə tutulub.