top
Nərgiz Qurbanova: Püşkatmada bəxtimiz gətirmədi, çətin rəqiblər bizimlə eyni qrupa düşdü Idman.biz
10 iyun 2025, 16:31
- ↺ +

Nərgiz Qurbanova: "Püşkatmada bəxtimiz gətirmədi, çətin rəqiblər bizimlə eyni qrupa düşdü"

"Püşkatmada bəxtimiz gətirmədi. Bizi çətin qarşılaşmalar gözləyir. Təlim-məşq toplanışlarında daha yaxşı hazırlaşmağa çalışacağıq ki, ölkəmizi layiqincə təmsil edə bilək".

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Nərgiz Qurbanova Avropa çempionatının birinci mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

Mütəxəssis B Liqasının 1-ci qrupunda yer alan yığmamızın hazırkı durumundan və turnirdəki şanslarından bəhs edib: "2008-ci il təvəllüdlü uşaqlar artıq komandadan ayrılıb. Bu il 2009-2010-cu il təvəllüdlü oyunçularla çıxış edəcəyik. Ümidimizi bu qızlara bağlamışıq. Yeni yaş qrupu olduğu üçün komandanın durumunu təlim-məşq toplanışından sonra müəyyənləşdirə biləcəyəm. Uels və Kosovo seçmələri ötən il A qrupunda yarışmışdılar. Təəssüf ki, bu dəfə bizimlə eyni qrupa düşdülər. Amma bu o demək deyil ki, biz bu komandaların qarşısında heç nə edə bilməyəcəyik. Onlar arasında seçim etməli olsaq deyə bilərik ki, hər iki rəqib də favoritdir. Amma Uelsi xüsusi fərqləndirmək istərdim. Bu iki kollektivin oyun üslubunu izləyib, təhlil etməmişəm. Amma ümumi nəticələrə baxdıqda görünən odur ki, Uels Kosovodan üstündür. Təbii ki, oyunları analiz etdikdən sonra daha dəqiq məlumat vermək olar. Bu yığmaya da yeni yaş qrupundan qızlar gələcək. Moldovaya gəldikdə isə bu komandanın bizə tanış olduğunu deyə bilərik. Ötən turnirlərdə də onlarla qarşılaşmışıq. Sonuncu matçımızda 4:1 hesabı ilə qalib gəlmişdik. Amma bu o demək deyil ki, rəqibə yuxarıdan aşağı baxmaq olar. Dediyim kimi, hər il yaş qrupu yeniləndiyi üçün rəqiblərin hazırkı durumu ilə bağlı danışmaq çətindir".

Qeyd edək ki, görüşlər bu ilin payızında keçiriləcək. Turnirin təşkil olunacağı ölkə və tarix hələlik bəlli deyil.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:23

"Milan" Adrien Rabio və Alfaco Sisse üçün maaşlarını artırmağa hazırlaşır

Futbol
Bu gün, 00:04

PSJ liderliyini qorudu, “Nitsa” 5-2 ilə Renn’i məğlub etdi

Futbol
Dünən, 23:54

Turan Tovuz 3-2 ilə Sabahı məğlub etdi - Video

Futbol
Dünən, 23:32

Xabi Alonso Estevao Villianın oyun vaxtı və ayrılma ehtimalı barədə açıqlama verdi

Futbol
Dünən, 23:01

Qalatasaray 4-0 məğlub etdikdən sonra liderliyi möhkəmləndirdi

Şahmat
Dünən, 22:53

WFCC Qran-prisinin finalında dünyanın güclü solvistləri 30 min avro mükafat fondu uğrunda mübarizə aparacaq

Basketbol
Dünən, 22:40

"Naxçıvan" basketbol klubunun baş məşqçisi Georgi Kondureseviç: "Qarşıdağımızın Orduya məğlubiyyəti psixoloji hazırlığın zəifliyi ilə bağlıdır"

Qarabağ FK
Dünən, 22:28

Qarabağ Rəhbəri: Dinamo Zaqreblə Səfər Oyununda Qələbə Qazanmaq Məqsədimiz Var

Futbol
Dünən, 22:21

Mançester Yunayted yanvarda transfer işlərinə başlayır, rəhbərlikdə qeyri-müəyyənlik qalır

Güləş
Dünən, 22:07

Estoniyada keçirilən turnirdə Azərbaycan güləşçiləri yeddi medal qazanaraq komanda hesabında birinci

Futbol
Dünən, 22:01

Kurban Berdıyev: Azərbaycan çempionuna qarşı düzgün köklənmək əsas idi

Futbol
Dünən, 21:56

Juventus, Atletico hücumçısı Aleksander Sörlotu hədəf alır

Futbol
Dünən, 21:39

Martines, dünya çempionatının finalında məğlubiyyəti və zədə səbəblərini açıqladı

Futbol
Dünən, 21:37

Kurban Berdiyev: "Sabah"a qarşı qalib gəldik, futbolçular özünü sübut etdi

Futbol
Dünən, 21:26

Dirk Kuyt, “Fənərbaxça”nın müvəqqəti baş məşqçisi olacaq

Futbol
Dünən, 21:16

Valdas Dambrauskas: "Sabah"ın "Turan Tovuz"a məğlubiyyətində məsuliyyəti mən daşıyıram

Futbol
Dünən, 21:09

La Liqada yeni təcrübə: hakimlər matçdan sonra qərarları televiziya izah edəcəklər

Futbol
Dünən, 20:57

Qəbələ-2, Sabah-2'yi 1-0 məğlub etdi

Digər
Dünən, 20:44

Azərbaycan cüdoçusu qızıl medal qazandı

Futbol
Dünən, 20:41

"Real Madrid"də Federiko Valverde "Rasinq Santander"lə oyunu buraxa bilər

Futbol
Dünən, 20:28

Premyer Liqa: “Sabah” komandası Turan Tovuz qarşısında 3-2 hesablı məğlubiyyət aldı;

Futbol
Dünən, 20:27

II Liqada 9-cu tur oyun təyinatları

Cüdo
Dünən, 20:14

U-20 cüdo üzrə Abşeron‑Xızı birinciliyinin qalibləri açıqlanıb

Futbol
Dünən, 19:59

Bruno Fernandes: Manchester Uniteddan ayrılma ehtimalı

Oxşar xəbərlər