Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nərgiz Əliyeva Türkiyədə klubunu dəyişib. Sport24.az xəbər verir ki, 23 yaşlı "çərçivə qoruyucusu" Superliqa təmsilçisi "Sanayispor"la anlaşıb.
Bu barədə Girəsun klubunun mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, Əliyeva son mövsümü Superliqanın digər klubu "Fatih Vətən"in formasını geyinib.