top
“Neftçi”nin Çempionlar Liqasındakı mümkün rəqibləri bəlli olub İdman.biz
02 iyul 2024, 16:17
- ↺ +

“Neftçi”nin Çempionlar Liqasındakı mümkün rəqibləri bəlli olub

Qadın futbolçular arasında Çempionlar Liqasının 2024/25 mövsümünün püşkatmasının detalları bəlli olub.

İdman.biz xəbər verir ki, iyulun 5-də keçiriləcək tədbir İsveçrənin Nyon şəhərində baş tutacaq.

Mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Tədbirdə Azərbaycan çempionu "Neftçi"nin də rəqibləri bəlli olacaq.

"Ağ-qaralar" yarışa 1-ci mərhələdən başlayacaq. Çempionlar yolunun bu raundunda 43 komanda iştirak edəcək.

Komandalar onunda 4, birində 3 komanda olmaqla ümumilikdə 11 qrupa bölünəcək. Hər qrupun oyunu bir ölkədə keçiriləcək.

Qrupların yarımfinalları sentyabrın 4-də, final və 3-cü yer uğrunda matçları 7-də baş tutacaq. 11 qalib 2-ci mərhələdə "Slaviya" (Çexiya), "Roma" (İtaliya) və "Hammarbü"yə (İsveç) qoşulacaq. Buradakı 7 cüt qrup mərhələsinə vəsiqələrin sahiblərini müəyyənləşdirəcək.

Püşk ərəfəsində komandalar səbətlərə bölünüb. 22 klub səpələnmiş, 21-i səpələnməmiş yer alıb.

Hər qrupda iki səpələnmiş komanda olacaq. 10 qrupda iki, 1 qrupda bir səpələnməmiş mübarizə aparacaq.

"Neftçi" səpələnməmişlər sırasında yer alıb. Bakı klubu Ermənistan klubu ilə qarşılaşa bilməz. Bu səbəbdən də təmsilçimizin 41 mümkün rəqibi var. Onlardan 22-si səpələnmiş, 19-u səpələnməmişdir.

I mərhələ
Çempionlar yolu
Səpələnmişlər

"Benfika" (Portuqaliya)
"Sankt Polten" (İsveçrə)
"BİİK-Şımkent" (Qazaxıstan)
"Tvente" (Niderland)
"Vlajniya" (Albaniya)
"Valarenqa" (Norveç)
"Vorskla" (Ukrayna)
"Apollon" (Kipr)
"Anderlext" (Belçika)
"Valyur" (İslandiya)
"Sarayevo" (Bosniya və Herseqovina)
"Ferensvaroş" (Macarıstan)
"Servett" (İsveçrə)
"Mura" (Sloveniya)
"Gintra" (Litva)
"Dinamo-BSU" (Belarus)
PAOK (Yunanıstan)
"Brejnitsa" (Monteneqro)
"Union" (Lüksemburq)
"Kuopio" (Finlandiya)
"Mitrovitsa" (Kosovo)
"Osiyek" (Xorvatiya)

Səpələnməmişlər
"Birkirkara" (Malta)
RFS (Latviya)
"Flora" (Estoniya)
"Giryat Qat" (İsrail)
"Seltik" (Şotlandiya)
"Aqarista" (Moldova)
"Lançxuti" (Gürcüstan)
"NSA Sofiya" (Bolqarıstan)
"Klaksvik" (Farer adaları)
"Nordsyelland" (Danimarka)
"Spartak Miyava" (Slovakiya)
"Pimunt Yunayted" (İrlandiya)
"Qlentoran" (Şimali İrlandiya)
"Lyuboten" (Şimali Makedoniya)
"Srvena Zvezda" (Serbiya)
"Kardiff Siti" (Uels)
"Poqon" (Polşa)
"Farul" (Rumıniya)
"Qalatasaray" (Türkiyə)
"Neftçi" (Azərbaycan)
"Pünik" (Ermənistan)

Qeyd edək ki, Azərbaycan 2007/08 mövsümündən sonra ilk dəfə Çempionlar Liqasında təmsil olunacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 17:30

“Turan Tovuz” – “İmişli” futbol matçının yeri Yevlax stadionuna dəyişdirildi

Futbol
Dünən, 16:28

Lixtenşteyn millisinin futbolçusu: “Bakıda yaxşı nəticə qazanmaq istəyirik”

Digər
Dünən, 12:07

Mingəçevir Reqatası-2026-nın ikinci günündə Azərbaycan üç medal qazandı

Minifutbol
Dünən, 11:20

Fərrux Hüseynzadə Kazakhstan – Belarus futsal oyununda UEFA nümayəndəsi təyin olundu

Qarabağ FK
Dünən, 11:07

“Qarabağ”ın zədəli futbolçularının geri dönüş tarixləri açıqlanıb – Klubdan İDMAN.BİZ‑ə açıqlama

Futbol
Dünən, 10:52

Zirə futbolçuları milli komandalarında qələbələrə töhfə verib;

Futbol
Dünən, 10:40

U-21 komandamız Şotlandiya ilə üz-üzə çıxacaq

Basketbol
Dünən, 10:07

“Sabah” basketbol komandası ABL mövsümünü “LANDAU Lions”la açır

Basketbol
Dünən, 09:38

“Neftçi” basketbol komandası Estoniyada Parnu ilə üz-üzə gələcək

Futbol
Dünən, 07:19

Joau Feliks 2026 “Qızıl top”u Lamin Yamala verəcəyini açıqladı

Futbol
Dünən, 06:13

“Roma” Dibala və Molinanı Messi vida oyununa dəvət etmədi

Futbol
Dünən, 04:17

“Atletiko Madrid”də milli komandaların məcburiyyətləri səbəbindən heyət çatışmazlığı

Futbol
Dünən, 00:57

Skaloni Messi çıxışından sonra Argentina milli komandası oyun tərzini açıqladı

Futbol
29 sentyabr 2026, 23:29

Rikardo Martins Qimaraeş Afrika Millətlər Kubokunun seçmə mərhələsində Sudan qarşısında qol vurdu

Futbol
29 sentyabr 2026, 22:25

"Zirə"nin yarımmüdafiəçisi Mozambik millisi ilə Sudanı 4-1 məğlub etdi və qol vurdu

Futbol
29 sentyabr 2026, 21:01

Tomas Müller Vancouver Whitecaps ilə müqaviləsini 2027-ci ilin sonuna qədər uzadı

Futbol
29 sentyabr 2026, 19:49

Rafinya Avstraliya ilə oyunda zədələndi, Ançelotti açıqlama vermədi

Basketbol
29 sentyabr 2026, 18:40

“Sumqayıt” Basketbol Klubuna yeni transfer – Aleks Holt qoşuldu

Futbol
29 sentyabr 2026, 16:10

“Sabah” klubunun UEFA Çempionlar Liqası ev oyunları üçün fərdi biletlərin satışı başlayır

Futbol
29 sentyabr 2026, 10:55

Röyal Nəcəfov “Xankəndi” komandasının baş məşqçisi təyin olundu

Voleybol
29 sentyabr 2026, 10:43

Azərbaycanın qızlar voleybol milli komandası Gökhan Edmana təyin edildi

Futbol
29 sentyabr 2026, 08:19

Harry Kane’in Qızıl Topu qazanma ehtimalı 58% ilə artıb

Futbol
29 sentyabr 2026, 07:34

Jezuş, Ronaldonun oyun vaxtına dair razılaşmanı pozdu

Futbol
29 sentyabr 2026, 05:18

Totti 2006-cı il Dünya Çempionatındakı rolunu və karyerasına təsirini izah etdi

Oxşar xəbərlər