top
Neftçinin baş məşqçisi: Fomgetdəki heyət dəyişiklikləri uyğunlaşma problemi yarada bilər Report.az
30 iyul 2025, 16:20
- ↺ +

"Neftçi"nin baş məşqçisi: "Fomget"dəki heyət dəyişiklikləri uyğunlaşma problemi yarada bilər

"Neftçi"nin qadınlardan ibarət komandasının UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacağı "Fomget"də (Türkiyə) heyətdəki dəyişikliklər səbəbindən uyğunlaşma problemi yaşana bilər.

Bunu "Report"a açıqlamasında Bakı klubunun baş məşqçisi Siyasət Əsgərov deyib.

Mütəxəssis çox önəmli matça çıxacaqlarını vurğulayıb:

"Bu gün çox önəmli oyuna çıxacağıq. Təəssüf ki, iki ildir püşk qarşımıza çətin rəqiblər çıxarır. Birinci il Avstriya çempionu ilə oynadıq. Bu il isə Türkiyə çempionu ilə qarşılaşacağıq. "Fomget" həqiqətən də son illərdə qadın futboluna çox yaxşı yatırımlar edib. Əlbəttə, heyətdə dəyişikliklər var. Son bir ayda 10-a yaxın futbolçu gətiriblər və hər biri fərdi baxımdan keyfiyyətlidirlər. Eyni zamanda, öz millilərinin üzvüdürlər. Bəlkə də rəqibin heyətində çox dəyişikliklər edildiyinə görə uyğunlaşma baxımından sıxıntı yaşaya bilərlər".

Baş məşqçi rəqibi təhlil etdiklərini söyləyib:

"Oyuna maksimum şəkildə hazırlaşmışıq. Çalışacağıq ki, bu gün yaxşı işlər görək. Rəqibi təhlil etmişik. Məşqçilər korpusu dəyişib. Hazırlıq dönəmində oyun keçirməyiblər. Mənim "Fomget"də çalışdığım dönəmlərdən tanıdığım bir sıra oyunçular var ki, hazırda da əsas heyət üzvdürlər. Yeni gələnlərlə bağlı da məlumat öyrənməyə çalışmışıq. Buna uyğun hazırlıq görmüşük".

S.Əsgərov komandasında ciddi itkilər olmadığını bildirib:

"Düzdür, bəzi futbolçular gətirmişik. Türkiyədən bəzi futbolçular dəvət etmişik və boşluqları doldurmağa çalışmışıq. Bakıdakı toplanış zamanı zədələnən oyunçularımız da var idi. Əlbəttə, məqsəd növbəti mərhələyə keçməkdir. Bu matçın qalibi İsrail klubu ilə oynayacaq. Əlimizdən gələni edəcəyik. Düşünürəm ki, bu gün az səhv etsək, həmçinin rəqibi səhvlərə məcbur etsək, istəyimizə nail olarıq".

Qeyd edək ki, "Fomget" - "Neftçi" matçı bu gün Albaniyanın paytaxtı Tiranadakı "House of Football Natural Pitch" stadionunda, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 11:19

Sabah basketbolunun legioneri Cerri Bleyks: “Komanda olaraq əlimizdən gələni etdik”

Futbol
Bu gün, 09:20

Manchester United Jan-Filip Matetaya maraq göstərir

Futbol
Bu gün, 09:02

UEFA Millətlər Liqası: Azərbaycan millisi Lixtenşteynlə bu gün 20:00‑də Bakıda qarşılaşacaq

Cüdo
Bu gün, 06:29

Olimpiya çempionu Yeldos Smetov Bakıdakı cüdo dünya çempionatından imtina etdi: “Xalqım məni bağışlamaz”

Futbol
Bu gün, 01:42

Ronaldonun şəxsi təyyarəsi Kopenhagenə endi - Portuqaliya millisi ilə yolları ayırdı

Futbol
Bu gün, 01:25

İsveçrə Futbol İttifaqı Canni İnfantinonun FIFA prezidentliyi namizədliyinə dəstəyi geri çəkdi

Voleybol
Dünən, 23:54

Azərbaycan U‑20 qadın voleybol komandası Avropa çempionatının 1-ci təsnifat mərhələsində iştirak edəcək

Futbol
Dünən, 23:51

Real Madrid Aleks Skottla transferini araşdırır

Basketbol
Dünən, 23:25

LANDAU Lions baş məşqçisi Erhan Toker məğlubiyyətin müdafiə problemləri və zədələr səbəbilə olduğunu açıqladı

Futbol
Dünən, 20:12

Azərbaycan futbol millisi Lixtenşteyn qarşısında oyun öncəsi açıq məşqini Tofiq Bəhramov stadionunda keçirib - VİDEO

Futbol
Dünən, 19:49

Ayxan Abbasov: Lixtenşteyn qarşısında qalib gəlmək üçün azarkeş dəstəyi vacibdir

Futbol
Dünən, 17:30

“Turan Tovuz” – “İmişli” futbol matçının yeri Yevlax stadionuna dəyişdirildi

Futbol
Dünən, 16:28

Lixtenşteyn millisinin futbolçusu: “Bakıda yaxşı nəticə qazanmaq istəyirik”

Futbol
Dünən, 14:07

Məqsəd İsayev Kapazdan ayrıldı, Gəncəbasara keçidi gözlənilir

Digər
Dünən, 12:07

Mingəçevir Reqatası-2026-nın ikinci günündə Azərbaycan üç medal qazandı

Minifutbol
Dünən, 11:20

Fərrux Hüseynzadə Kazakhstan – Belarus futsal oyununda UEFA nümayəndəsi təyin olundu

Qarabağ FK
Dünən, 11:07

“Qarabağ”ın zədəli futbolçularının geri dönüş tarixləri açıqlanıb – Klubdan İDMAN.BİZ‑ə açıqlama

Futbol
Dünən, 10:52

Zirə futbolçuları milli komandalarında qələbələrə töhfə verib;

Futbol
Dünən, 10:40

U-21 komandamız Şotlandiya ilə üz-üzə çıxacaq

Basketbol
Dünən, 10:07

“Sabah” basketbol komandası ABL mövsümünü “LANDAU Lions”la açır

Basketbol
Dünən, 09:38

“Neftçi” basketbol komandası Estoniyada Parnu ilə üz-üzə gələcək

Futbol
Dünən, 07:19

Joau Feliks 2026 “Qızıl top”u Lamin Yamala verəcəyini açıqladı

Futbol
Dünən, 06:13

“Roma” Dibala və Molinanı Messi vida oyununa dəvət etmədi

Futbol
Dünən, 04:17

“Atletiko Madrid”də milli komandaların məcburiyyətləri səbəbindən heyət çatışmazlığı

Oxşar xəbərlər