top
Neftçinin baş məşqçisi: Bu il UEFA Çempionlar Liqasında uğur qazanacağımıza ümid edirəm Report.az
12 may 2025, 11:32
- ↺ +

"Neftçi"nin baş məşqçisi: "Bu il UEFA Çempionlar Liqasında uğur qazanacağımıza ümid edirəm"

"Neftçi" klubunun qadınlardan ibarət komandasının baş məşqçisi Siyasət Əsgərov Azərbaycan çempionu olmaları və UEFA Çempionlar Liqasına vəsiqə qazanmaları barədə fikirlərini bölüşüb.

Mütəxəssis "Report"a açıqlamasında ötən il çempion olmalarına baxmayaraq, beynəlxalq yarışda uğursuzluqla üzləşdiklərini söyləyib.

O, cari mövsüm yalnız "Sumqayıt"la matçlarda müəyyən çətinliklər yaşadıqlarını bildirib:

"Bu dəfə çempionat bir qədər fərqli idi. Çünki komandaların sayı az idi. Bununla belə, son illər "Neftçi" klubunun rəhbərliyinin qadın futboluna yanaşması, yaxşı işlər görməsi bu çempionluğun əsas memarlarından biridir. Çempionatda "Sumqayıt"a qarşı oyunlarda müəyyən çətinliklər olurdu. Bununla belə, hər iki matçda rəqibimizə qalib gəldik. Sonda çempionluğu qazandıq. Önəmli olan da budur. Ötən mövsüm də çempionluğu qazanmışdıq. Amma təəssüf ki, UEFA Çempionlar Liqasında yaxşı işlər görə bilmədik. Ümid edirəm ki, bu il bəxt üzümüzə gülər, münasib qrupa düşərik. Daha önəmlisi ölkəmizə reytinq xalı qazandırarıq".

S.Əsgərov bu il UEFA Çempionlar Liqasında əsas məqsədin qrupdan çıxmaq olacağını vurğulayıb:

"Ölkə çempionatında iki oyunumuz qalıb. Sonra komandaya istirahət verəcəyik. İyunda püşkatma olmalıdır. Rəqiblər müəyyənləşdikdən sonra rəhbərlik planlarla tanış olacaq. Yəqin ki, daha sonra təlim-məşq toplanışına başlayacağıq. Bu il komandanı daha yaxşı formalaşdırıb, istədiyimiz nəticəni qazanmaq istəyirik. Düşünmürəm ki, heyətdə çox dəyişiklik olacaq. Müəyyən mövqelərə oyunçular transfer edəcəyik. Qrup oyunları olacaq. Yalnız qrup qalibləri pley-off mərhələsinə yüksələcək. Bu mərhələdə qələbə qazanan komanda əsas mərhələyə yüksələcək. Əsas məqsədimiz qrupdan çıxmaq olacaq".

Qeyd edək ki, 12 oyundan sonra 36 xal toplayan "Neftçi" AFFA Yüksək Qızlar Liqasının turnir cədvəlində ən yaxın izləyicisi "Sumqayıt"ı 10 xal qabaqlayır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 14:19

“Kristal Palas”da baş məşqçi dəyişikliyi gözlənilir

Digər
Bu gün, 14:00

“Sabah” rəsmisi “Arsenal” və “Bornmut” nümayəndələri ilə eyni siyahıda!

Futbol
Bu gün, 13:47

Şirvan – Marafon oyunu yağış səbəbindən təxirə salına bilər

Olimpiada
Bu gün, 13:29

Dakar'da Azərbaycançılar iki qızıl medal qazanıb

Futbol
Bu gün, 13:25

22 yaşlı portuqaliyalı vinger Karlos Forbes üçün yarış: "Arsenal", "Tottenhem", "Mançester Yunayted", "Roma" və "Fiorentina" maraqlıdır

Futbol
Bu gün, 13:07

Mahir Emreli Polşada 'Legiya' matçında yüksək performans göstərdi

Futbol
Bu gün, 13:00

Şəfa kapitanı: 2:2 matçda hakimlərdən 5 xal itirdi, haqsızlıq edilib

Güləş
Bu gün, 12:50

Dünya Güləş Birliyinin Dakar yarışlarında Azərbaycanlı güləşçilər qızıl medal qazanıb

Futbol
Bu gün, 12:30

Şirvan – Marafon qarşılaşması II Liqada

Futbol
Bu gün, 12:30

Kozo Taşima FIFA prezidenti olmaq üçün namizədlik açıb, İnfantinoya rəqib olacaq

Basketbol
Bu gün, 12:15

Polina Şukina Azərbaycan Milli Basketbol Komandasından “Basketball Without Borders” proqramına qatılacaq

Futbol
Bu gün, 12:15

Biləsuvar 7:1 qələbə ilə AFFA Region Liqasının yeni mövsümünü başladı

Futbol
Bu gün, 12:01

Höness Musiala'nın əvvəlki səviyyəsinə qayıtması şübhəlidir

Futbol
Bu gün, 12:00

Sultanov: Müdafiə səhvləri məşqçilərin öhdəliyindədir

Futbol
Bu gün, 11:46

Azərbaycan İkinci Liqasında 10-cu turun 9 noyabrda üç qarşılaşma

Şahmat
Bu gün, 11:31

Vüqar Rəsulov II Beynəlxalq Prezident Kubokunda 60 min dollarlıq mükafat fondu ilə yarışacaq

Voleybol
Bu gün, 11:04

Maritsa Tovuzda Turanla cavab oyunu üçün yollandı

Qarabağ FK
Bu gün, 11:00

XI turun yekunu: Qarabağda sürpriz məğlubiyyət, Neftçi liderlikdə, Sabah və Turan Tovuz bərabərliklə zirvəyə yaxınlaşıb

Futbol
Bu gün, 10:57

Şəhidin anası Qubada Vətən Naminə futbol klubunu təsis etdi

Qarabağ FK
Bu gün, 10:30

Şamaxı 200-dən artıq heç-heçəni qeyd edib – Azərbaycan çempionatının 3‑cü komandası

Futbol
Bu gün, 10:20

Manchester United 73‑illik antirekordu təkrarladı

Futbol
Bu gün, 10:11

Messi'nin Florida həyat tərzi: Fort Lauderdale'də 10,75M dollarlıq villa və ailə həyatı

Futbol
Bu gün, 10:06

40 yaşlı Vozinya Çili çempionatında həlledici seyvi ilə qalib gəldi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi – Kəpəz” matçı turun ən çox izlənən qarşılaşması oldu

Oxşar xəbərlər